...

Kazinform: OANA XVI Baş Assambleyası xəbər agentliklərinə problemləri müzakirə etməyə imkan yaradır(FOTO)

Siyasət Materials 18 Noyabr 2016 16:52 (UTC +04:00)
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası informasiya agentliklərinə bir-birlərinin problemlərini daha yaxından öyrənməyə imkan yaradır.
Kazinform: OANA XVI Baş Assambleyası xəbər agentliklərinə problemləri müzakirə etməyə imkan yaradır(FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası informasiya agentliklərinə bir-birlərinin problemlərini daha yaxından öyrənməyə imkan yaradır.

Bu sözləri Trend-ə Qazaxıstanın “Kazinform” informasiya agentliyinin baş direktoru Dauren Diyarov deyib.

Onun sözlərinə görə, bu gün xəbər agentliklərinin qarşısında dayanan əsas problem müəllif hüquqlarının qorunması, açıq rejimdə xəbərlərin satışı və sosial şəbəkələrlə rəqabətdir.

O, bu cür tədbirlərin mətbuatın qarşısında dayanan çağırışları müzakirə etməyə imkan yaratdığını da bildirib.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edir. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Tədbirlərdə iştirak etmək üçün Azərbaycana Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti