...

Necdet Ünüvar: Heydər Əliyev Azərbaycanın xalqının önündə hər zaman mayak kimi parlayıb

Siyasət Materials 12 Dekabr 2016 10:28 (UTC +04:00)
Heydər Əliyev liderliyi və uzaqgörənliyi ilə dost və qardaş Azərbaycanın xalqının önündə hər zaman mayak kimi parlayıb.
Necdet Ünüvar: Heydər Əliyev Azərbaycanın xalqının önündə hər zaman mayak kimi parlayıb

Bakı. Orxan Quluzadə - Trend:

Heydər Əliyev liderliyi və uzaqgörənliyi ilə dost və qardaş Azərbaycanın xalqının önündə hər zaman mayak kimi parlayıb. Bunu Trend-ə Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.

N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev daim yolumuza işıq salan bir rəhbər olub və olmağa da davam edəcək:

"Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" sözü Azərbaycan və Türkiyə üçün nəsildən-nəsilə ötürülən atalar sözünə çevrilib və keçmişdə olduğu kimi, gələcəkdə də münasibətlərimizin təməli olacaq".

Millət vəkili bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərində 1918-ci ildən bu günə qədər, o cümlədən Heydər Əliyevin dövründə olduğu kimi, köməyə ehtiyacı olan qardaşın əlindən tutmaq prinsipi, bərabər fəaliyyət göstərmək niyyəti ortaya qoyulub:

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım da eyni prinsiplərə əsaslanaraq Türkiyə-Azərbaycan münasibətlərini daha da inkişaf etdirməyə səy göstərirlər".

N.Ünüvar əlavə edib ki, Heydər Əliyev hər addımında Türkiyənin xeyrini, Türkiyənin vəziyyətini nəzərə alan bir lider olub: "Birliyimizi, qardaşlığımızı qoruduğumuz müddətdə dəf edə bilməyəcəyimiz problem olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti