...

İlham Əliyev Qazaxıstan Prezidenti və Bəhreyn Kralını təbrik edib (YENİLƏNİB)

Siyasət Materials 15 Dekabr 2016 18:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Qazaxıstan Prezidenti və Bəhreyn Kralını təbrik edib (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə etmişdir. Ölkəniz Sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlətimizin başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə də təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti