Bakı. Anaxanım Hidayətova - Trend:
Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard 20 Yanvar ümumxalq matəm günü ilə əlaqədar hadisə qurbanlarının ailələrinə və yaxınlarına baş sağlığı verib.
Trend-in Aİ səfirliyinin rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, səfir bildirib ki, bu faciəvi hadisələr daha yaxşı bir gələcək naminə sülh, ədalət, barışıq və insanlığa ehtiyacın olmasını vurğulayır.