...

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 9 Mart 2017 14:28 (UTC +04:00)
Bu gün Heydər Məscidində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Heydər Məscidində Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, anım mərasimi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycanın Milli Qəhrəmanı Ç.Qurbanovun əziz xatirəsinə ehtiram olaraq və onun ailə üzvlərinə göstərilən davamlı diqqət və qayğının növbəti nümunəsi olaraq, dövlət başçısının tapşırığı ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən keçirilib.

Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları və zabitləri, eyni zamanda ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Erməni tərəfi özünün mənfur sifətini bir daha göstərərək şəhid C.Qurbanovun nəşini uzun müddət geri qaytarmamışdı. Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da anadan olduğu Qusar rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, əsgər Ç.Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti