...

Tomislav Nikoliç: Serbiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığı və strateji əlaqələri uğurla inkişaf edəcək

Siyasət Materials 26 May 2017 11:55 (UTC +04:00)
Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Tomislav Nikoliç: Serbiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığı və strateji əlaqələri uğurla inkişaf edəcək

Bakı. Trend:

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə hərtərəfli inkişaf arzulamaqdan çox məmnunam.

Əminəm ki, Serbiya Respublikasının Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığı və strateji əlaqələri qarşıdan gələn illərdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək.

Gözəl ölkənizə etdiyim səfərlər zamanı səmimi qarşılanmaya, mehriban və konstruktiv söhbətlərimizə, həmçinin Serbiya Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək siyasətinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramlarımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti