...

Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur

Siyasət Materials 2 İyun 2017 16:47
"Hesab edirəm ki, Fransanın yeni Prezidentinin mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".
Səfir: Fransanın yeni Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi sülh yoludur

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

"Hesab edirəm ki, Fransanın yeni Prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".

Trend-in məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.

Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

Səfir qeyd edib ki, Fransa Prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır:

"O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti