...

"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirildi (FOTO)

Siyasət Materials 29 Avqust 2017 11:24 (UTC +04:00)
"Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb.
"Tufan" sərhəd gözətçi gəmisi Xəzər dənizinə endirildi (FOTO)

Bakı. Trend:

"Tufan" sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, avqustun 24-də Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi, DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılmış S-204 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi xidməti-döyüş fəaliyyətinə başlaması ilə əlaqədar avqustun 28-də Xəzər dənizinə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti