...

Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub (FOTO)

Siyasət Materials 13 Oktyabr 2017 17:19 (UTC +04:00)
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

Trend-in məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər xiyabanında uyuyan şəhidlərimizin məzarlanm ziyarət ediblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə ürəkdən təbrik edib.

Sonra QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 12 oktyabr 2017-ci ildə imzaladığı sərəncamlar oxunub.

C.Qurbanov dəmir yolunun yaranma tarixinə qısa ekskurs edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib.

7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalamışdır. Həmin sərəncama əsasən hər il oktyabrın 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

137 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrü ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri əhatə edir. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

İndi Azərbaycan Prezidenti İlham Əliyevin böyük qayğlsl ilə Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsi dövrünü yaşayır, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması sürətləndirilir.

Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

Tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.

FOTO - Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti