Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Azərbaycan xalqını 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
N.Ünüvar Trend-ə açıqlamasında Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 26-cı ildönümünün qeyd olunması münasibətilə həddən ziyadə qürur hissi duyduğunu bildirib:
Millət vəkili qeyd edib: "Azərbaycan xalqını təbrik edirəm, şəhidlərimizi yad edirəm".
Xatırladaq ki, oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur.