...

Oqtay Əsədov: 2018-ci il dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyəti nəzərə alınmaqla tərtib olunub

Siyasət Materials 21 Noyabr 2017 12:13 (UTC +04:00)
Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.
Oqtay Əsədov: 2018-ci il dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyəti nəzərə alınmaqla tərtib olunub

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti dünyada yaranan iqtisadi bohranın ölkəmizə mənfi təsirinin qarşısını almağa imkan verib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

O.Əsədov bildirib ki, bu gün Milli Məclisdə müzakirə olunan büdcə zərfi ölkə iqtisadiyyatında müsbət dinamik dəyişiklikləri əks etdirir.

Spiker bildirib ki, büdcə gəlirlərində qeyri-neft sektorunun payı 50 faizə çatıb və bu, qeyri-neft sektorunun inkişafının göstəricisidir.

O.Əsədov vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması ölkənin iqtisadi rəqabətlilik qabiliyyətini artırıb və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyi yaxşılaşıb.

Spiker deyib ki, 2018-ci il üçün dövlət büdcəsi layihəsi ölkənin iqtisadi vəziyyətini və müasir çağırışları nəzərə almaqla tərtib olunub: “Büdcəmiz ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verir. Hər il olduğu kimi bu il də dövlət büdcəsi sosial yönümlüdür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti