...

Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik (YENİLƏNİB)

Siyasət Materials 23 Noyabr 2017 12:44 (UTC +04:00)
2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də Azərbaycan parlamentinin 100 illiyidir, xaricdən qonaqlarımız olacaq, ona görə də bu tədbirləri yüksək səviyyədə keçirməliyik.
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi, eləcə də Azərbaycan parlamentinin 100 illiyidir, xaricdən qonaqlarımız olacaq, ona görə də bu tədbirləri yüksək səviyyədə keçirməliyik.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bütün məsələlər Maliyyə Nazirliyi ilə yüksək səviyyədə həll edilir.

O.Əsədov həmçinin, parlamentin iki böyük tədbirə hazırlaşdığını vurğulayıb.

Maliyyə naziri Samir Şərifov isə bu və digər təkliflərə baxılacağını bildirib.

O.Əsədov deyib ki, ötən il maliyyə çatışmazlığı ilə əlaqədar bəzi tədbirlərin keçirilməsi baş tutmayıb:

“Milli Məclisdə televiziyanın analoq sistemindən rəqəmsala keçirilməsi, həm də səsvermə sisteminin dəyişdirilməsi məsələsi 2018-ci ildə həll ediləcək. Çünki 2018-ci ildə AXC-nin, parlamentin 100 illiyidir, xeyli qonaqlarımız olacaq. 2017-ci ildə ezamiyyət xərclərində müəyyən çətinliklər oldu. Buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda olan tədbirlərdə iştirak edirdik. 250 parlamentarinin iştirakı ilə mart-aprel aylarında böyük bir tədbirin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, ATƏT-in xətti ilə İpək Yolu dəstək proqramı üzrə 30 ölkənin iştirakı ilə tədbir keçirilməlidir".

Spiker həmçinin qeyd edib ki, əmək haqları istiqamətində də iş aparılır: "Gələcəkdə bunun nəticələrini görəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti