...

Azərbaycan və Türkiyə parlament əlaqələrin dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

Siyasət Materials 8 Dekabr 2017 18:46 (UTC +04:00)

Bakı. Trend:

Bişkek Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov səfər çərçivəsində Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək.

TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti