Bakı. Trend:
Ümummilli lider Heydər Əliyev hər bir addımında Azərbaycan və Türkiyənin maraqlarını nəzərə alan lider olub.
Bunu Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar bildirib.
N.Ünüvar qeyd edib ki, ulu öndər Heydər Əliyev həm də Türkiyəyə böyük məhəbbət bəsləyib:
"Heydər Əliyevin "bir millət, iki dövlət" sözü artıq Azərbaycan və Türkiyədə nəsildən-nəsilə keçən atalar sözünə çevrilib".
O bildirib ki, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin qərarlarının nə qədər doğru olduğunu göstərir.