...

Yankauskas: Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində iş davam etdirilir

Siyasət Materials 18 Dekabr 2017 11:57 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında dinamik və səmərəli əməkdaşlıq mövcuddur.
Yankauskas: Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində iş davam etdirilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında dinamik və səmərəli əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, bu əməkdaşlığa misal olaraq bu yaxınlarda Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitini göstərmək olar.

Səfir bildirib ki, Azərbaycanla Aİ arasında hərtərəfli razılaşmanın hazırlanması istiqamətində işlər aparılır.

K.Yankauskas əlavə edib ki, Avropa İttifaqı Azərbaycan Dövlət Miqrasiya Xidməti və digər dövlət strukturları ilə birgə proqramlar həyata keçirir.

Səfir bildirib ki, əlaqələrin daha da genişlənməsi üçün insanların səfəri mühüm əhəmiyyət kəsb edir: “Ona görə də biz istərdik ki, Avropadan Azərbaycana, eləcə də əks istiqamətdə daha çox insan səfər etsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti