...

Məhəmməd Cavad Zərif: Nazirlərin bu formatda görüşü vacibdir

Siyasət Materials 20 Dekabr 2017 12:11 (UTC +04:00)
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Məhəmməd Cavad Zərif: Nazirlərin bu formatda görüşü vacibdir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

M.C.Zərif qeyd edib ki, nazirlərin bu cür formatda görüşü vacib əhəmiyyət kəsb edir:

"Azərbaycan, İran və Türkiyə birgə tarixi ənənələrə malikdir. Biz bu görüş zamanı nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti