...

Millət vəkili: İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti yenidən prezident seçilməsinə şərait yaradır

Siyasət Materials 5 Fevral 2018 15:50 (UTC +04:00)
Prezident İlham Əliyev özünün Konstitusiyada ona verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edib. Dövlət başçısının belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər.
Millət vəkili: İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti yenidən prezident seçilməsinə şərait yaradır

Bakı. Elçin Mehdiyev - Trend:

“Prezident İlham Əliyev Konstitusiyada dövlət başçısına verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərini elan etdi. Azərbaycan Prezidentinin belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər”. Bunu Trend-ə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Aydın Mirzəzadə, üzvü deyib.

Deputat bildirib ki, prezident seçkilərinin apreldə, yaxud da əvvəldən nəzərdə tutulduğu kimi, oktyabrda keçirilməsi arasında elə bir ciddi fərq yoxdur.

Millət vəkilinin sözlərinə görə, hazırkı dövlət başçısı İlham Əiyevin bu seçkilərdə də digər namizədlərdan daha çox səs toplayaraq növbəti dəfə prezident olacağı gözlənilir:

"Yeni Azərbaycan Partiyası qeyri-rəsmi şəkildə də olsa, artıq çoxdan növbəti prezident seçkiləri ilə bağlı öz namizədini elan edib. Bu namizəd partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Bu gün ən real görünən də onun elə birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçilməsidir. Təbii ki, digər namizədlər də olacaq, bununla belə, İlham Əliyevin dövlət başçısı və siyasi xadim kimi fəaliyyəti bu gün onun çox böyük elektoratının yaranmasına və seçkilərdə böyük səs faizi ilə yenidən prezident seçilməsinə şərait yaradır".

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti