Bakı. Elçin Mehdiyev – Trend:
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin 2018-ci il aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında sərəncamı ilə bağlı iclas keçirib.
Trend-in məlumatına görə, iclasda növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiq edilib.
Daha sonra iclasda vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert Qrupu yaradılıb.
Həmçinin MSK-nın nəznində işçi qrupu yaradılaraq rəhbərliyi təyin edilib.
Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.