...

Prezidentliyə namizədlərin sənədlərinin MSK-ya təqdim edilmə tarixi məlum oldu

Siyasət Materials 6 Fevral 2018 16:47 (UTC +04:00)
Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 23-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
Prezidentliyə namizədlərin sənədlərinin MSK-ya təqdim edilmə tarixi məlum oldu

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 23-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

Trend-in məlumatına görə, bu barədə MSK tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.

Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək (martın 12-si) davam edir.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti