...

4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

Siyasət Materials 24 Mart 2018 11:37 (UTC +04:00)
4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib.
4 təşkilat prezident seçkilərində “exit-poll” keçirmək üçün MSK-ya müraciət edib

Bakı. Elçin Mehdiyev - Trend:

4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər.

MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti