...

Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alındı

Siyasət Materials 24 Mart 2018 14:21 (UTC +04:00)
Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alınıb.
Azərbaycanda prezident seçkilərində "exit-poll" keçirəcək təşkilatlar qeydə alındı

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən 4 təşkilat qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

"Exit-poll" keçirəcək təşkilatlar “Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə) və Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzidir (Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə).

Qeyd edək ki, Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Ölkədə 5 309 434 nəfər seçici var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti