...

Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 12 Aprel 2018 15:00 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrini qəbul edib.
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədrini qəbul edib (YENİLƏNİB)

Bakı Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri (AKP) Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İnamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Necdet Ünüvar böyük müşahidəçi heyəti ilə ölkəmizə gəldiyini və ayrı-ayrı seçki məntəqələrində müşahidələr apardıqlarını, xalqın seçkilərə böyük maraq göstərdiyini və səsvermə zamanı heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını qeyd etdi.

Prezident İlham Əliyev seçkilər başa çatdıqdan sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığını və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın ona ünvanlandığı təbrik məktubunu məmnunluqla xatırladı.

Dövlətimizin başçısı seçkilərin maksimum şəffaf keçirilməsi və Azərbaycan xalqının iradəsini əks etdirməsi üçün bütün səylərin göstərildiyini dedi. Seçkilərdə iştirak edən insanların sayının kifayət qədər yüksək olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, bu, ölkəmizi bundan sonra da inamla irəli aparmaq üçün bizə əlavə güc verir. Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti