...

Binəli Yıldırım: Ermənistan Türkiyə ərazilərinə iddia edir

Siyasət Materials 11 May 2018 15:30 (UTC +04:00)
Ermənistan Türkiyə ərazilərinə iddia edir.
Binəli Yıldırım: Ermənistan Türkiyə ərazilərinə iddia edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan Türkiyə ərazilərinə iddia edir. Halbuki Türkiyə heç bir ölkə ilə düşmənçilik etmir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

Baş nazir bildirib ki, Ermənistan Türkiyəyə qarşı da düşmənçilik ab-havasındadır:

"Əgər Ermənistan Türkiyəyə qarşı hər hansı iddia irəli sürməyi dayandırsa və həqiqətən də Türkiyə ilə münasibətlərdə yeni səhifə açmaq istəyirsə, Ankara bu məsələyə baxa bilər".

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti