...

Kolinda Qrabar-Kitaroviç: Xorvatiya ilə Azərbaycan arasında son illər ərzində çox gözəl münasibətlər formalaşıb

Siyasət Materials 22 May 2018 18:20 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq hissi duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında son illər ərzində çox gözəl münasibətlər formalaşıb. Ölkələrimiz arasında mövcud olan bu dostluq və tərəfdaşlıq münasibətləri ikitərəfli və qlobal əhəmiyyətə malik dialoq və əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə əlavə təkan verəcək. Əminəm ki, bir çox sahələri əhatə edən əməkdaşlığımız xalqlarımız arasında qarşılıqlı anlaşma və dostluq münasibətləri naminə bundan sonra da möhkəmlənməkdə davam edəcək.

Sizinlə bu ilin sentyabr ayında Xorvatiya Respublikasına planlaşdırdığınız səfəriniz zamanı görüşməyi səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər dostluq münasibətlərimizin və Xorvatiya ilə Azərbaycan arasında mövcud olan hərtərəfli münasibətlərin qarşıdakı dövrdə daha da güclənməsinə əlavə stimul verəcək.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti