...

Hikmət Hacıyev: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb

Siyasət Materials 31 Avqust 2018 12:19 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb.
Hikmət Hacıyev: Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin sayı ciddi şəkildə azalıb.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər" siyahısının tətbiq olunması və bu istiqamətdə görülən tədbirlərin nəticəsidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin həyata keçirilməsində ciddi şəkildə azalma tendensiyası vardır:

"Kifayət qədər ciddi və sağlam düşüncəli insanlar bu kimi səfərlərdən maksimum çəkinməyə çalışırlar və bunun hüquqi, siyasi və mənəvi fəsadlarını da çox yaxından dərk edirlər. Lakin Ermənistan tərəfi bu kimi səfərlərin azaldığını görərək tamailə qeyri-ciddi insanlara müraciət etməklə onların səfərlərini təşkil etmək və guya "işğal olunmuş ərazilərə səfərlərin sayı artır" deyə fon yaratmağa çalışırlar. Əgər həmin insanlara baxsaq, həqiqətən də obyektiv faktlarla görərik ki, onar tamamilə qeyri-ciddi və müəyyən dərəcədə qeyri-peşəkar fəaliyyət göstərən insanlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti