Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Varşavada qeyd edilib (FOTO)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Varşavada qeyd edilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi ilə tanış olublar. Bir ay fəaliyyət göstərəcək sərginin əsas məqsədi Azərbaycanın turizm imkanlarını Polşada tanıtmaq, polyak ictimaiyyətində ölkəmiz haqqında məlumatlılığı artırmaqdan ibarətdir. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və Mazovetski voyevodluğunun voyevodu (qubernatoru) Zdislav Sipiera sərgi ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti Varşavadakı Yuzef Polinski adına parkda ucaldılan “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsini ziyarət edib, abidə önünə əklillər qoyublar. Məlumat verilib ki, bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb, Azərbaycan və polyak xalqları arasında dostluq və qardaşlığın simvoludur.

Həmin gün Varşavada Kral sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi qəbul keçirilib. Azərbaycanın Polşadakı səfirliyi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş tədbirdə xarici işlər nazirinin müavini və digər nazirliklərin məsul əməkdaşları, Seym və Senatın vitse-marşalekləri və deputatları, Mazovetski voyevodası, Polşa regionlarının nümayəndələri, Varşavada akkreditə olunmuş səfirlər və diplomatik korpusun təmsilçiləri, Polşanın ictimai-siyasi həyatının, orta və ali təhsil müəssisələrinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Həsən Həsənov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından salamlayıb.

Bildirilib ki, bu gün qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında, siyasi, iqtisadi və mədəni sahələrdə formalaşan Azərbaycan-Polşa əlaqələri yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında olan səmimi işgüzar və dostluq münasibətləri qarşılıqlı etimad üzərində qurulub.

Səfir ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığa böyük töhfə verən, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan, Azərbaycan mədəniyyətini və tarixini dünyada uğurla tanıtdıran, ölkəmizdə və dünyada bir çox humanitar layihələr həyata keçirən Heydər Əliyev Fondunun rolunu xüsusilə qeyd edib. Bildirilib ki, Fondun prezidenti Mehriban Əliyeva bu səmərəli fəaliyyətinə görə UNESCO və ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Qeyd edilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan-Polşa dostluq münasibətlərinin inkişafına xidmət edən bir sıra tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondu və Polşanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda 200 nəfərlik məktəb inşa olunub, polyak pianoçu Stanislav Deanın konserti təşkil edilib, daun sindromlu uşaqların Krakov şəhərinə səfəri həyata keçirilib. 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan və Polşa arasındakı dostluq münasibətlərinin inkişafında xidmətlərinə görə Polşanın Böyük Komandor ordeni ilə təltif edilib. 2010-cu ildə isə Polşanın Azərbaycandakı səfiri Azərbaycan Prezidentinin qərarı ilə ölkələr arasındakı ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə Dostluq Ordeni ilə təltif olunub.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən səfir H.Həsənov qeyd edib ki, Azərbaycanda birinci respublika cəmi 23 ay ömür sürüb, lakin qısa müddətdə ciddi dövlət quruculuğu tədbirləri həyata keçirib, dünyanın aparıcı dövlətləri ilə diplomatik münasibətlər qurub. 1991-ci ildə müstəqilliyini bərpa etmiş respublikamız beynəlxalq aləmdə uğurlu xarici və daxili siyasət yürüdən, inkişaf etmiş demokratik dövlət kimi tanınır. Azərbaycan tərəfindən həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Eyni zamanda, imzalanması nəzərdə tutulan Azərbaycan və Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişi hərtərəfli və bərabər-hüquqlu əməkdaşlığı daha da inkişaf etdirəcək.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan səfiri bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb. Ermənistan münaqişənin siyasi həllini inkar edərək, Avropanın və regionun təhlükəsizliyini zərbə altına qoyub. O, münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinə dəstəyə görə Polşa hökumətinə təşəkkür edib.

Azərbaycan və Polşa arasında ilk diplomatik təmasların hələ 1472-ci ildə baş tutduğunu xatırladan səfir qeyd edib ki, ötən dövrlər ərzində onlarla azərbaycanlı və polyak ölkələrimiz arasında siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə və inkişafına töhfələr verib. Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin şəxslərin xatirəsi əbədiləşdirilib, Polşanın müxtəlif şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulub.

Həmçinin bildirilib ki, bu il Azərbaycan və Polşa xalqları öz respublikalarının yüz illiyini qeyd edirlər. Polyaklar Azərbaycanın, azərbaycanlılar ilə Polşanın azadlığı və müstəqilliyi uğrunda vuruşublar. Bu mübarizənin ən parlaq nümunəsi Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş, general-mayor, milliyətcə polyak Matsey Sulkeviç və Polşa Ordusunun, habelə Armiya Krayovanın polkovniki olmuş, milliyətcə azərbaycanlı Vəli bəy Yadigardır. Azərbaycan hökuməti bu iki görkəmli şəxsiyyətin ölkələrimizin müstəqilliyi uğrunda mübarizəsini əbədiləşdirib, Varşavadakı Polinski parkında onların abidəsini ucaldıb.

Polşa xarici işlər nazirinin müavini Bartoş Çixotski çıxışında Polşa və Azərbaycan əlaqələrində birləşdirici aspektlərə toxunub. Qeyd edilib ki, polyaklar 100 il bundan əvvəl Azərbaycan dövlətinin yaradılmasında iştirak ediblər. Azərbaycan ordusunda, neft sənayesində, müasir şəhər salınmasında və eləcə də Azərbaycan mədəniyyətində polyak izlərinə rast gəlmək mümkündür. Nazir müavini bildirib ki, bu gün də ölkəsi Azərbaycanın inkişafının bir hissəsi olmaq istəyir, beynəlxalq hüququn prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair tədbirləri dəstəkləyir.

İki ölkə arasındakı sıx siyasi atmosfer və dostluq münasibətlərindən məmnunluqla bəhs edən B.Çixotski ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin baş tutduğunu və bu sıx əlaqələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu konsert proqramı ilə çıxış edib. Konsertdə xalq və bəstəkar mahnıları, Elçin Şirinov və Şəhriyar İmanovun bəstələdiyi əsərlər caz improvizasiyaları ilə təqdim olunub. Polyak müğənni Malvina Kuşiorun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” böyük maraq və alqışlarla qarşılanıb.

Kral sarayının foyesində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edən foto və sənədlər, video və audiomateriallar, səfirliyin tərtib etdiyi broşürlər təqdim olunub, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan sənədli film nümayiş etdirilib.

Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Minsk qrupu ermənilərlə azərbaycanlılar arasında etimad tədbirlərini gücləndirə bilər - Rusiya XİN
Loading Bars
Xəbər lenti
Xalqın bütün təbəqələri YAP-a inanır - Məlahət İbrahimqızı
Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yanıb
İsveçdə "vaksin pasportları" verilə bilər
Prezidentin açılış etdiyi gəmi-muzeydən REPORTAJ
Nəsir İmanquliyev yad edildi (FOTO)
Norveç şirkəti Azərbaycana 25 000 dollarlıq yatırım edib
Qazi və şəhid ailələrinin evinə qaz verilib
Baş Prokurorluğun əməkdaşları beynəlxalq seminarda iştirak ediblər
“Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqləndi
Martın 9-na olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb
Avropa koronavirusun üçüncü dalğası ilə üz-üzədir
Prezident İlham Əliyev: Ali Baş Komandan kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də haradadır
Prezident İlham Əliyev: İqtisadi sahədə dürüstlük, inhisarlara son dövrüdür
Prezident İlham Əliyev: “Demokratlar” indi niyə susurlar, niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır
Azərbaycan Beynəlxalq Bankından sərfəli kredit kampaniyası
Azərbaycan Prezidenti: Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır?
QDİƏT ölkələri pandemiyanın turizmə təsirini müzakirə ediblər
Zaqatalada yeni fındıq emalı fabriki yaradılır
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurdu
Prezident İlham Əliyev: Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur
Azərbaycan İlahiyyat İnstitutunda növbəti iclas keçirilib (FOTO)
Azərbaycan Prezidenti: Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Prezident İlham Əliyev: Yol çəkirik, asfalt bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?
Azərbaycan Prezidenti: Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq
Balakəndə yas mərasimi keçirənlər cərimələnib (FOTO)
Prezident İlham Əliyev: Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti mən hakimiyyətə gələndə uşaq olan insanlardır
Prezident İlham Əliyev: İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır, məcbur edəcəyik onları
Azərbaycan Prezidenti: Lüksemburq o qədər də böyük, yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, naziri bizə irad tutsun
Azərbaycan Prezidenti: Böyük ölkələrin nümayəndələri məni ittiham etdilər ki, İlham Əliyev sülh istəmir
KOBİA özünüməşğulluq proqramına dəstəyini davam etdirir
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Prezident İlham Əliyev 2003-2020-ci illəri münaqişənin həllinə hazırlıq dövrü kimi səciyyələndirib
Prezident İlham Əliyev: Xalq Cəbhəsi-Müsavat cütlüyünun əli Azərbaycan xalqının qanına batmışdır
Prezident İlham Əliyev: O vaxt milli maraqları hər şeydən üstün tutan “91-lər”in fəaliyyətini yüksək qiymətləndirirəm
AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
YAP icra katibliyi ləğv edildi
DSX rəisi Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Rusiyada ikinci koronavirus vaksini ilə kütləvi peyvəndləmə başlayır
Prezident İlham Əliyev: Ölkəmizin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin
Yoluxma sayında artım davam edərsə, karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
Rəsmi Yerevan sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir - Leyla Abdullayeva
Azərbaycan Prezidenti: Gənc nəsil bilməlidir ki, biz müstəqilliyi nəyin bahasına qoruyub saxlaya bilmişik
Prezident İlham Əliyev: Azərbaycanın əsl müstəqillik tarixi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin olunub
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Yeni Azərbaycan Partiyasına sədr müavinləri təyin edildi
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi azadlığa buraxıldı
Prezident İlham Əliyev: AXC-Müsavat cütlüyü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi
“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir
Bakıda ağacların dibi asfaltdan təmizlənib (FOTO)
Roma papası peyvənd olunduqdan sonra ilk xarici səfərini reallaşdırdı
Ağdam rayonunun Tağıbəyli kəndi (VİDEO)
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi
Azercell “Qələbə ili”-nin nəticələrilə bölüşdü
İƏT-in Zirvə toplantısı: Türkiyə, Pakistan və Əfqanıstan Azərbaycanın strateji tərəfdaşları kimi...
Ermənistan daha bir beynəlxalq müsabiqədə iştirak etməyəcək
Temperatur enəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi
“Suraxanı” tanker-muzeyinə giriş qazilər və şəhid ailələri üçün pulsuz olacaq (FOTO)
BirBank yenə də ölkənin lider mobil tətbiqi oldu!
Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə veb-konfrans təşkil ediləcək
YAP-ın VII qurultayını qalib ölkənin qurultayı adlandırmalıyıq - Musa Quliyev (VİDEO)
DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib
Vilayət Eyvazov Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə görüşüb
YAP-ın növbədənkənar qurultayı: Hakim partiyada nələr dəyişdi? - Trend TV-nin REPORTAJI
Şəhid anaları ziyarət edilib (FOTO)
Prezident İlham Əliyev: Biz beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik ölkəyə çevirdik
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəalları ilə görüşüb (FOTO)
Azərbaycan Prezidenti: Biz reallıqlar yaradan ölkəyik
Prezident İlham Əliyev: Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra edilir və hədəflərimizə çatırıq
Əhaliyə vaksinasiya üçün onlayn növbə götürməyə çağırış edilib
Azərbaycanda koronavirusa yoluxanların sayı artıb
Prezident İlham Əliyev: Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir
Prezident İlham Əliyev: YAP-ın VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub
Energetika Nazirliyində 8 Marta həsr olunmuş tədbir keçirilib
İranda ötən sutka 81 nəfər koronavirusdan ölüb
Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb
Mübariz Mənsimov azadlığa buraxılıb
Bəzi müxalifət partiyaları qollara parçalandığı halda, YAP birləşdirici funksiya daşıyır - YAP-a qoşulan partiya sədri
Nizami rayonunda soyğunçu saxlanılıb (FOTO)
Su hövzələrində balıqların tükənməsinin səbəbkarı kimlərdir? - İttifaq sədrindən açıqlama
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Sabunçuda narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
Könül Nurullayeva Keşlə qəsəbəsində sakinlərlə görüşüb (FOTO)
Bu şəxslər YAP İdarə Heyətinin yeni tərkibində yer almayıblar (SİYAHI)
Şuşada ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Əli Əsədov Türkiyənin Vitse-prezidentinə helikopter qəzası ilə bağlı başsağlığı verib
İxtisassız sahələr üzrə kifayət qədər çox işaxtaranlarımız var - Agentlik sədri
Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir - Ekspert
“AccessBank” tender elan edir
İşə qəbul zamanı müharibə iştirakçıları imtiyazlı qrupa daxil edilməyib - Agentlik sədri
Transxəzər Fiber Optik Kabel Xətti layihəsi “Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” tədbirində vurğulanıb (FOTO)
BİRLinkdən “Novruz payı”: Hədiyyəni özün seç!
Domen nədir və bizim buna niyə ehtiyacımız var?
Sabah 18 dərəcə isti olacaq
ÜST pandemiyanın bitəcəyi vaxtı açıqlayıb
Yaxın günlərdə sosial sığorta kartlarının dövriyyədən çıxarılmasını nəzərdə tuturuq - Agentlik sədri
Bakı-Sumqayıt qatarı 3 gün işləməyəcək
Bütün xəbərlər