...

Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir (ÖZƏL)

Siyasət Materials 6 Fevral 2019 16:55 (UTC +04:00)
Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq
Türkiyə hökuməti: Fransanın “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatları məsuliyyətsizlikdir və bu, cavabsız qalmayacaq.

Bunu Trend-ə Türkiyə hökumətindəki mənbə Fransa prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.

Müsahibin sözlərinə görə, Fransanın bu cür açıqlamaları Türkiyə üçün siyasi əhəmiyyət kəsb etməsə də, Ankara bu təxribatçı addıma sərt cavab verəcək.

Mənbə onu da qeyd edib ki, bu cür açıqlamalarla Fransa tərəfi özünün demokratiyaya sadiqliyini nümayiş etdirmək istəyir:

“Əsassız iddiaları inkarolunmaz fakt kimi qəbul etməklə Paris demokratik dəyərlərə zidd olan ikili standartlara sadiqliyini göstərir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti