...

UKRİNFORM-da Prezident İlham Əliyevin uğurlu siyasəti barədə məqalə dərc olunub

Siyasət Materials 18 Aprel 2019 14:02 (UTC +04:00)

Bakı. Trend:

Ukraynanın dövlət informasiya agentliyi olan UKRİNFORM-da Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, onun rəhbərliyi ilə həyata keçirilən islahatlara dair məqalə dərc edilib.

Trend-in məlumatına görə, müəllifi Emil Hüseynli olan məqalədə Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından bəhs edilir. Qeyd olunur ki, Azərbaycan əhalisinin sayının artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yüksəlməsinin nəticəsidir. Son 15 il ərzində əhali 1,7 milyon nəfər artıb. Bu, onu göstərir ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur.

Müəllif daha sonra yazır: “Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Bütün bunlar hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğunu sübut edir. Qarşılıqlı inam ölkədə stabilliyin qorunmasına gətirib çıxarıb”.

Müəllif vurğulayır ki, bu günlərdə Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində aparılan rəy sorğusuna görə, respondentlərin 90,5 faizi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları müsbət qiymətləndirib. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq, ümumilikdə, üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkədə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir. Son 15 ildə Azərbaycan modernləşərək fərqli idarəçilik sisteminə çevrilib. Siyasi, iqtisadi, idarəçilik sahələrində uğurlu islahatlar paralel aparılıb.

Ortada isə yeni təşəbbüslər var – böyük layihələr, sosial, iqtisadi islahatlar. Bütün bunlar göstərir ki, Azərbaycan inkişaf yolundadır, dünyada gedən ağır iqtisadi, siyasi proseslər fonunda ölkə nəinki özünü qoruya bilir, hətta bir çox dövlətlərə örnək ola biləcək nəticələrə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti