...

Dünya Turizm Təşkilatının icraçı direktoru: Bakı forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm

Siyasət Materials 2 May 2019 13:06 (UTC +04:00)
Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.
Dünya Turizm Təşkilatının icraçı direktoru: Bakı forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm

Bakı. Elçin Mehdiyev - Trend:

“Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bunu Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter forum çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşü zamanı deyib.

M.Halter Bakıda olmağından məmnunluğunu bildirib: “Bakı fantastik şəhərdir və burada olduğuma görə çox şadam. Bakı forumu mühüm məsələlərin müzakirə edilməsi üçün çox gözəl platformadır. Azərbaycan forumu yüksək səviyyədə təşkil edib və gündəliyə mühüm məsələlər daxil edilib”.

Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti