...

Nazir: Monteneqro Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq ideyalarına sadiqliyini dəstəkləyir

Siyasət Materials 3 May 2019 18:43 (UTC +04:00)
Monteneqro Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq ideyalarına sadiqliyini qiymətləndirir və dəstəkləyir
Nazir: Monteneqro Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq ideyalarına sadiqliyini dəstəkləyir

Bakı. Mətanət Nəsibova - Trend:

Monteneqro Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq ideyalarına sadiqliyini qiymətləndirir və dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda deyib.

Nazir bildirib ki, Monteneqro hər zaman multikulturalizm və müxtəliflik prinsiplərinə əsaslanıb:

“Mədəniyyətlərin müxtəlifliyi xalqlara öz fikrini bildirməyə imkan verən vacib amildir. Monteneqro tarixində mədəniyyətlərarası dialoq amili siyasi əməkdaşlığın və mədəni irsin qorunmasının əsas şərti olub”.

Onun sözlərinə görə, multikulturalizm Monteneqronun dövlət siyasətinin prioritetlərindən biridir:

“Biz hesab edirik ki, mədəniyyətlərarası dialoqun möhkəmlənməsi istiqamətində bütün ölkələr birgə işləməlidir. Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq ideyalarına sadiqliyini qiymətləndirir və dəstəkləyirik”.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.

İki gün davam edən Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti