Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib (YENİLƏNİB) (FOTO)

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə qəsəbə sakinləri ilə görüşüb söhbət etdi.

Prezident İlham Əliyevi salamlayan Sabunçu qəsəbəsinin sakini Arazxanım Mərdanova dedi:

- Bizim Sabunçu qəsəbəsinə xoş gəlmisiniz. Bu gün Sizin sayənizdə burada möhtəşəm dəmir yolu vağzalı açılır. Siz bunları xalqımızı, övladlarımızı düşünüb edirsiniz. Allah Sizə cansağlığı versin. Siz Ulu Öndərimizin davamçısısınız. Biz Sizə güvənirik, Azərbaycanımız Sizə güvənir. Siz bizim böyük dayağımızsınız. Sakinlər adından Sizə “Sağ olun!” deyirik.

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, bu gün bu gözəl vağzal kompleksi istifadəyə verilir. Çox gözəl binadır. Bu binanın tikintisi bir daha onu göstərir ki, hər bir qəsəbənin problemləri diqqət mərkəzindədir. Çalışırıq ki, bütün qəsəbələrdə quruculuq-abadlıq işləri aparılsın, vətəndaşlar üçün yeni imkanlar yaradılsın. Dünyanın ən qabaqcıl şirkətlərindən birinin istehsalı olan yeni vaqonlar alınıb və bundan sonra gediş-gəliş çox rahat olacaq. Yolboyu Bakıxanov, Keşlə dayanacaqları da yenidən qurulub. Bu vağzal kompleksi də göz oxşayır. Şadam ki, bu gün belə bir gözəl tədbiri biz birlikdə qeyd edirik. Bu, bir daha onu göstərir ki, şəhər nəqliyyatına çox böyük diqqət yetirilir. İndi avtobuslar alınıb, bu il əlavə 300 avtobus alınacaq. Metro tikintisi gedir, yeni vaqonlar alınır, yollar çəkilir, dəmir yolu vağzalları, yəni, nəqliyyat infrastrukturumuz kompleks şəkildə yenilənir. Sizdə işlər necədir?

Sakinlər: Sağ olun, minnətdarıq.

Prezident İlham Əliyev: Həllini gözləyən, bu gün hələ həll olunmamış hansı məsələlər var?

Sakin Əkbər Hüseynov: Adi bir qəsəbədə belə gözəl vağzal inşa olunub. Bu, çox gözəldir. Bu qəsəbənin sakiniyəm, 70 ilə yaxındır ki burada yaşayıram. Ancaq nə vaxtsa belə bir möhtəşəm binanın inşa olunacağı heç ağlımıza da gəlməzdi. Hər bir açılışı televizordan görəndə fərəhlənirdik. Bu gün özüm bu açılışda iştirak edirəm və bunu əyani surətdə görürəm. Çox sevinirəm. Əlbəttə ki, bunlar hamısı xalqın rifah halının yaxşılaşdırılması üçün Sizin gördüyünüz işlərdir. Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Sağ olun. Demək olar ki, hər gün ölkəmizdə - Bakıda, bütün rayonlarda, Bakıətrafı qəsəbələrdə, hər yerdə hansısa obyektin açılışı olur, istər sosial obyekt, istər infrastruktur obyekti. İndi yol çəkilişi sürətlə gedir, Sabunçu rayonunun da yollarının təmiri ilə bağlı işlər görülür. Yəni, çalışırıq, maksimum nə mümkündürsə edək ki, insanlar daha da yaxşı yaşasınlar, maddi rifah artsın, dolanışıq daha yaxşı olsun. Ona görə bu istiqamətdə bundan sonra da addımlar atılacaq. Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir. Belə gözəl binalar vətəndaşlara xidmət edəcək.

Sakin Əkbər Hüseynov: Əlbəttə, hamısı Sizin sayənizdədir. Bu dəmir yolunun fəaliyyətə başlaması avtobusların yükünü xeyli azaldacaq.

Prezident İlham Əliyev: Əlbəttə, vaxt baxımından da çox sərfəli olacaq.

Sakinlər: Təşəkkür edirik, sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

x x x

Sonra Prezident İlham Əliyev yaxınlıqdakı mağazaya gəldi, alıcılar və satıcılar ilə söhbət etdi.

Qarabağ müharibəsi əlili Məzahir Orucov: Xoş gəlmisiniz, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Şəhid anası Səyyarə Nəzərova: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, necəsiniz?

Səyyarə Nəzərova: Çox sağ olun, Allah Sizdən, dövlətimizdən razı olsun. Siz çox gözəl insansınız. Bizim dövlətimiz çox yaxşı dövlətdir. Çünki hər yerdə əmin-amanlıqdır, hamı qayğımızı çəkir, çox sağ olun.

Məzahir Orucov: Cənab Prezident, biz Qarabağ qaziləri Sizinlə fəxr edirik. Allah Sizi, dövlətimizi qorusun.

Prezident İlham Əliyev: Ticarət necə gedir?

Səyyarə Nəzərova: Çox yaxşı, şükür Allaha, hər günümüzə min şükür.

Prezident İlham Əliyev: Məhsulların neçə faizi yerli mallardır?

Satıcı: Demək olar ki, 90 faizi.

Sakinlər: Çox sağ olun, cənab Prezident. Sizinlə fəxr edirik. Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun.

Prezident İlham Əliyevin 2018-ci il 22 yanvar tarixli Sərəncamına əsasən, Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. İnşasına ötən ilin iyunundan başlanılan üçmərtəbəli binanın ümumi sahəsi 4,1 min kvadratmetrdir. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalının rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlətimizin başçısına layihə üzrə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, layihəyə əsasən Bakı dairəvi dəmir yolu xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikilib.

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalında yaradılan şəraitlə tanış oldu.

Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir. Hər üç mərtəbədə ticarət mərkəzlərinin yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. Burada müasir dizaynla tərtib olunan istirahət guşələri sərnişinlərin rahatlığını təmin edəcək. İşçilərin əmək fəaliyyəti üçün bütün lazımi imkanın olduğu binada, eyni zamanda, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün də xüsusi şərait yaradılıb. Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu polisinin üçmərtəbəli binası da tikilib və zəruri avadanlıqla təchiz olunub.

Sonra Prezident İlham Əliyev Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmaq üçün qatarla Bakı Dəmir Yolu Vağzalına yola düşdü.

Qeyd edildi ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub.

Bu gün Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur. Azərbaycanın nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolu nəqliyyatı indi özünün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan dövlət proqramları bu sahədə islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərib. Bakı Sərnişin-Sabunçu dəmir yolu xəttinin yenilənməsi də bu işlərin davamıdır.

Dövlətimizin başçısı Bakıxanov dayanacağında yaradılan şəraitlə tanış oldu.

Dayanacağın ümumi sahəsi 7 min kvadratmetrdir. Burada iki turniket binası və platforma tikilib. Bundan başqa, 16 turniket, uzunluğu 30 metr, eni 3,9 metr olan yerüstü piyada keçidi inşa edilib. Bakıxanov dayanacağının ərazisində yaşıllıqlar salınıb, avtomobillər üçün dayanacaq yaradılıb. Müasir işıqlandırma sistemi ilə təchiz olunmuş platformalarda sərnişinlərin rahatlığı üçün hər cür şərait var.

Bildirildi ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi isə 15 min kvadratmetrdir. Dayanacaqda iki turniket binası inşa edilib, 17 turniket, müasir işıqlandırma dirəkləri, oturacaqlar quraşdırılıb.

Sonra Prezident İlham Əliyev Keşlə dayanacağında yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 10 min kvadratmetr olan Keşlə dayanacağında da iki turniket binası tikilib. Bundan başqa, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeraltı piyada keçidi mövcuddur. Ətrafda yaşıllıq və abadlıq işləri görülüb, avtomobillər üçün dayanacaq yaradılıb. Platformada müasir işıqlandırma və yanğınsöndürmə sistemi quraşdırılıb.

Diqqətə çatdırıldı ki, Nərimanov stansiyasının binası da əsaslı təmir edilib, platformalar və buradakı yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri ilə quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.

Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsidir. Bu strategiya Azərbaycanı Qərb ilə Şərq, Şimal ilə Cənub arasında ən mühüm nəqliyyat qovşağına çevirir.

Prezident İlham Əliyevin görülən işlərlə tanışlığı Bakı Dəmir Yolu Vağzalında başa çatdı.

Sonda xatirə şəkli çəkdirildi.

Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində  – Trend TV-nin REPORTAJI
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Loading Bars
Xəbər lenti
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Bütün xəbərlər