Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur (VİDEO)

Bahar Muradova: Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur (VİDEO)

Bakı. Trend:

Xarici ölkələrdə Azərbaycan əleyhinə istifadə edilən insanların sözünü heç ailəsində eşidən yoxdur.

Bunu Milli Məclisin (MM) vitse-spikeri Bahar Muradova Trend İnformasiya Agentliyinin “Sahil Kərimli ilə müsahibə zamanı” müəllif layihəsində deyib.

B.Muradova bildirib ki, Azərbaycan artıq üçüncü on ildir ki, ictimai-siyasi sabitliyin ən yüksək səviyyədə qorunub saxlandığı bir ölkədir:

"Azərbaycan dünyada geostrateji cəhətdən əlverişli bir məkanda yerləşir. Buradan regional və beynəlxalq əhəmiyyətli nəqliyyat xətləri keçir. Azərbaycanın çox zəngin coğrafi-iqtisadi resursları var. Ölkəmiz müstəqilliyin ilk illərindən daim digər dövlətlərin, o cümlədən beynəlxalq qurumların diqqətində olub və hər kəs burada müəyyən təsir dairəsinə malik olmaq istəyib. Azərbaycan bu maraqların kəsişməsində yerləşir. Dünya bu cür maraqları irəli aparmaq istəyən çoxsaylı dairələrlə zəngindir. Üstəlik, bu dairələrin maraqlarının reallaşdırılması yolunda istifadə olunan vasitələr mövcuddur. Bu vasitələrdən biri Ermənistan və onun beynəlxalq aləmdə, digər ölkələrdə formalaşmış diasporasıdır".

Vitse-spikerin sözlərinə görə, bəzi dairələr Azərbaycanı inkişaf edən, ictimai-siyasi sabitliyini qoruyan bir ölkə kimi görmək istəmirlər: "Bu dairələr həm idarəedici, həm də alət rolunda çıxış edirlər. Azərbaycan bunları təbii qəbul edir və müqavimət hissini getdikcə artırır. Amma bu dairələrin içərisində öz soydaşlarımızın alət rolunda yer almasını qəbul etmək mümkün deyil. Onlar Azərbaycanda öz siyasi ambisiyalarını və maraqlarını reallaşdıra bilməyən, vətəndaşları arxasınca apara bilməyənlərdir. Bu qüvvələr artıq Azərbaycanda fəaliyyət sahəsinə malik olmayacaqlarını dərindən anlayır, dövlət başçısının ölkəni inkişafa aparan siyasətini gözdən salmağa çalışırlar. Beynəlxalq dairələr Azərbaycan əleyhinə istifadə etmək üçün elə şəxsləri seçir ki, onların sözünü heç ailəsində eşidən yoxdur. Bu şəxslər bir müddət vasitə kimi istifadə edildikdən sonra yararsız bir əşya kimi kənara atılır. Hesab edirəm ki, bütün bunlar bizi narahat etməməlidir. Gəncləri Azırbaycan əleyhinə olan dairələrin təsiri altına düşməkdən qorumaq istiqamətində səylərimizi artırmalıyıq. Hər bir valideyn öz övladını Azərbaycanın maraqları uğrunda müdafiəyə hazırlamalı və onun dövlət əleyhinə çıxmağına imkan verməməlidir. Hesab edirəm ki, burda ailələrdən çox şey asılıdır".

B.Muradova vurğulayıb ki, Azərbaycan əleyhinə istifadə olunan qüvvələr çox ciddi qınaq altındadır:

"Mən heç kəsə, hətta düşmənimə də bu vəziyyətə düşməyi arzulamazdım. Onların bəzilərinin Azərbaycan haqqında daxili hiss-həyəcanla yazılarının şahidi oluruq. Bu insanlar sanki düşüncələrində kiçik bir Azərbaycan gəzdirirlər. Hesab edirəm ki, daxilində mifik Azərbaycan gəzdirməkdənsə, ölkəyə qayıdaraq, günahlarını etiraf edərək ümumi inkişafın axarına qoşulmaq lazımdır".

Milli Məclis rəsmisi əlavə edib ki, Azərbaycan yüksək səviyyədə beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Bizdən sonra bu tədbirləri keçirən ölkələrin rəhbərləri açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın standartlarını təkrarlaya bilməyəcəklər. Bu, qürur hissi doğurur. Azərbaycan müxtəlif xarakterli beynəlxalq tədbirləri ən yüksək səviyyədə keçirməyin nümunəsini ortaya qoyur. Bu tədbirlər xarici dairələrin təsiri və Azərbaycan əleyhinə aparılan təbliğatın müşayiəti ilə keçirilir. Azərbaycanda Birinci Avropa Oyunları, İslam Həmrəylik Oyunları keçirilən zaman burada tikilən müasir memarlıq nümunələrinin çökəcəyini, dağılacağını bəyan edənlər var idi. Həmin binalar neçə illərdir çox möhkəm şəkildə dayanıb və Azərbaycanın müasir memarlıq rəmzinə çevrilib. İnkişafı gözü götürməmək və qara yaxmaq xəbis niyyətlərdən xəbər verir. Bütün təzyiq və qarayaxmalar Azərbaycanın müqavimət gücünü artırır. Biz bu yolla inadla davam etməkdəyik. Həyata keçirilən layihələr Azərbaycanı dinamik inkişafa aparır və ölkəmizin bunları digər dövlətlərdən daha yaxşı həyata keçirdiyi aşkardır. Azərbaycan xalqı da bu tədbirlərin böyük iştirakçısına çevrilir. Azərbaycana gələn turistlər, tədbir iştirakçıları, idmançılar, iqtisadçılar, biznesmenlər, siyasətçilər , xarici dövlətlərin keçmiş və indiki rəhbərləri, bir sözlər hər kəs ölkəmizin uğurundan danışır. Bir çox beynəlxalq təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsinə məmnuniyyətlə qərar verirlər".

B.Muradova UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan da danışıb. O deyib ki, möhtəşəm idman yarışının Azərbaycanda keçirilməsi üçün bütün hazırlıq işləri görülüb:

"Bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycan özünü sübut etməkdədir. Futbol həyəcanı və sevincini yaşamaq istəyən oyunçuları, tamaşaçıları çox məmnuniyyətlə qəbul edəcəyik".

Vitse-spikerin fikrincə, Azərbaycanın inkişafını təmin edən, tənzimləyici rolunu sübut edən müxtəlif layihələr var: "Nəqliyyat, enerji və sosial xidmət sahələrində ortaya qoyulan layihələr bir çox dünya ölkələrini Azərbaycanda bir araya gətirir. Əməliyyat şirkətləri yaradılır. Onlar ən yüksək standartlarla bu layihələri icra edirlər. Bu layihələr uğurlu şəkildə reallaşdıqca Azərbaycanda həm bu sahələr inkişaf edir, həm də aparıcı ölkəyə çevrilirik. Avropadan Çinə qədər uzanan qədim İpək yolunun bərpası və işə düşməsi üçün reallaşdırılan nəqliyyat layihələri bunu sübut edir. Həm dəniz, həm də quru yolu vasitəsilə Azərbaycanın bu proseslərdə rolu getdikcə artmaqdadır".

Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində  – Trend TV-nin REPORTAJI
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Loading Bars
Xəbər lenti
ABŞ-da naməlum şəxs ticarət mərkəzində atəş açıb
Fransa bəzi ölkələrdən gələn qonaqlar üçün karantin tətbiq edib
Gürcüstanda 4,5 bal gücündə zəlzələ baş verib
İspaniya Kuboku: "Atletik" klubu bir ay ərzində ikinci dəfə finalda məğlub olub
Hindistanda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın olub
Türkiyədə son sutkada koronavirusdan 52 184 nəfər sağalıb
İngiltərə Kuboku: "Çelsi" "Mançester Siti"ni məğlub edərək finalına çıxıb
“Yaşıl Marafon” layihəsi çərçivəsində Bakıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Türkiyə sahillərində zəlzələ qeydə alınıb
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Bütün xəbərlər