...

MSK sədri: Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək

Siyasət Materials 11 Oktyabr 2019 11:14 (UTC +04:00)
Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək.
MSK sədri: Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda bələdiyyə seçkilərinə hazırlıq işləri bitəcək.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu il dekabrın ikinci yarısında bələdiyyə orqanlarına seçkilər keçiriləcək.

M.Pənahov əlavə edib ki, bu seçkilərdə ölkədəki 1606 bələdiyyəyə 15 mindən artıq üzvün seçiləcəyi gözlənilir.

MSK sədri qeyd edib ki, seçkilərin keçirilməsi ilə əlaqədar müəyyən dövlət orqanlarının üzərinə də müəyyən öhdəliklər düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti