Bakı. Trend:
30 oktyabr 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Cənubi Qafqaz üzrə Ekologiya Proqramının direktoru cənab Hans-Yoaxim Lippin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan və GİZ arasında ətraf mühit üzrə mövcud əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə olunub.