...

Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı müxtəlif feodallıqlara parçalanmaqdan xilas etdi - Arzu Nağıyev

Siyasət Materials 11 Dekabr 2019 20:58 (UTC +04:00)
İqtisadi-siyasi, hərbi, mədəni cəhətdən demək olar ki, bütün problemlərin həllində Ulu Öndərin birmənalı şəkildə rolu olub.
Heydər Əliyev yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı müxtəlif feodallıqlara parçalanmaqdan xilas etdi - Arzu Nağıyev

Bakı. Trend:

İqtisadi-siyasi, hərbi, mədəni cəhətdən demək olar ki, bütün problemlərin həllində Ulu Öndərin birmənalı şəkildə rolu olub. Təsəvvür edin xarici xüsusi xidmət orqanları çalışırdılar ki, Azərbaycanın bütün milli-mənəvi dəyərlərini məhv etsinlər. Heydər Əliyev bunun qarşısını aldı.

Bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Ulu Öndərin Azərbaycan üçün etdiyi ən mühüm məsələlərdən biri məhz Azərbaycan vətəndaşına dövlət və dövlətçiliyin nədən ibarət olduğunu çatdırmaq idi: "Heydər Əliyevin hakimiyyəti zamanı artıq hamı başa düşürdü ki, dövlət nədir, dövlətçilik nədir. Onun sərhədləri haradadır? Xarici-daxili siyasət, ordu quruculuğu nədir? Ülü Öndərin siyasətində digər mühüm məsələ də əsasən dövlətin müstəqilliyi, hər bir Azərbaycan vətəndaşının rifahı məsələsi, eyni zamanda bu təhlükəsizliyə qarşı təhdidin qarşısını almaq üçün atılacaq addımlar idi. İqtisadi məsələlərdən heç kimin inana bilməyəcəyi beynəlxalq miqyaslı layihələrin məhz Azərbaycan tərəfindən həyata keçirilməsi və Azərbaycanın üzərindən həyata keçirilə biləcəyini dünyaya sübut edə bildi. Və onun zəmanəti ilə məhz bu cür layihələr həyata keçirilməyə başladı”.

Politoloq vurğulayıb ki, həmin layihələrin həyata keçirilməsi nəticəsində əldə olunan gəlirin məhz ordu quruculuğuna yönəldilməsi prioritet məsələlərdən idi: “Heydər Əliyev, həmçinin Dağlıq Qarabağ münaqişəsi kimi böyük problemlərin yarandığı bir dövrdə müharibəni dayandıra bildi. Ərazimizin işğalına son qoya bildi. Təbii ki, burada da müəyyən məqamlar vardı ki, ordunu yenidən qurmaq, ordu quruculuğunda addımlar atmaq üçün çox böyük vəsaitlər lazım idi və bu istiqamətdə də müvafiq addımlar atıldı. Digər məsələ bildiyimiz kimi Azərbaycanda xaos hökm sürürdü. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasa, düşünürəm ki, Azərbaycan müxtəlif feodallıqlara parçalanma təhlükəsi qarşısında idi, ayrı-ayrı subyektlərdən ibarət federativ quruma çevrilə bilərdi”.

A.Nağıyev onu da əlavə edib ki, bütün bunların qarşısını məhz Ulu Öndər və onun düşünülmüş, uzaqgörən siyasəti aldı: “Həm siyasi, həm də iqtisadi cəhətdən hər bir Azərbaycan vətəndaşı hiss etdi ki, müxalifət nədir, iqtidar nədir? Bütün bunları Heydər Əliyev Azərbaycan xalqına göstərdi. Bir daha qeyd etmək istəyirəm ki, iqtisadi-siyasi, hərbi, mədəni cəhətdən demək olar ki, bütün problemlərin həllində Ulu Öndərin birmənalı şəkildə rolu olub. Təsəvvür edin xarici xüsusi xidmət orqanları çalışırdılar ki, Azərbaycanın bütün milli-mənəvi dəyərlərini məhv etsinlər. Heydər Əliyev bunun qarşısını aldı. Bir lider kimi bütün yükü öz üzərinə götürərək Azərbaycan xalqının qaşısında durdu və kimin lider olduğunu o bir daha sübut etdi. Eyni zamanda, dövlət strukturlarına və orada çalışan şəxslərə qarşı nifrət aşılayan bir sıra çağırışların qarşısını alan məhz Ulu Öndər oldu. Onun bu gün təməlini qoyduğu beynəlxalq səviyyəli layihələr günbəgün inkişaf edir. Təbii ki, bu işdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xidmətləri danılmazdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti