...

“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)

Siyasət Materials 14 Dekabr 2019 17:50 (UTC +04:00)
Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.
“Beynəlxalq ordu oyunları - 2020” gələn il avqustda başlayacaq (FOTO)

Bakı. Trend:

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları - 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları - 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti