...

Bir neçə təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

Siyasət Materials 29 Yanvar 2020 16:09 (UTC +04:00)
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən daha bir təşkilatın müraciətinə baxılıb.
Bir neçə təşkilata seçkilərdə exit-poll keçirmək üçün akkreditasiya verildi

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində exit-poll keçirmək istəyən daha bir təşkilatın müraciətinə baxılıb.

Trend-in məlumatına görə, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında exit-poll keçirmək istəyən “Rəy” Monitorinq Mərkəzinin müraciətinə baxılıb.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu təşkilat Azərbaycanda əvvəlki seçkilərdə də exit-poll keçirib və bu sahədə kifayət qədər təcrübəsi var. Bu dəfə də həmin təşkilat 118 seçki dairəsi üzrə 1080 seçki məntəqəsində exit-poll keçirmək niyyətindədir. Müraciət səsə qoyularaq qəbul edilib.

Daha sonra “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə exit-poll keçirmək barədə müraciətinə baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti