Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit-poll” keçirilir.
Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, indiyə qədər heç vaxt “exit-poll” keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında xəta marjası çox olmayıb: “Azərbaycanda bir neçə təşkilat var ki, bu sahədə kifayət qədər təcrübəlidir və onların "exit-poll" keçirməsi önəmlidir”.