...

Biz ayıq olmalıyıq ki, heç kim təxribat xarakterli hərəkətlərə yol verməsin - Məzahir Pənahov

Siyasət Materials 10 Fevral 2020 02:33 (UTC +04:00)
Çalışmalıyıq ki, kimlərsə öz maraqlarına uyğun addımlar atmasın.
Biz ayıq olmalıyıq ki, heç kim təxribat xarakterli hərəkətlərə yol verməsin - Məzahir Pənahov

Bakı. Elçin Mehdiyev - Trend:

Seçkilər kütləvi prosesdir, burada hansısa xoşagəlməz halların olması qaçılmazdır.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bütün xoşagəlməz hallarla bağlı seçki komissiyalarına müraciət edilməlidir:

“Biz ayıq olmalıyıq ki, heç kim təxribat xarakterli hərəkətlərə yol verməsin. Çalışmalıyıq ki, kimlərsə öz maraqlarına uyğun addımlar atmasın. Ölkələrdir, insanlardır, hərənin öz maraqarı var və bəzən elə olur ki, heç də hər şey arzu olunan kimi olmur. Ona görə də biz ehtiyatlı olmalıyıq”.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti