Şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə əməl etmək lazımdır - Vüqar Rəhimzadə

Şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə əməl etmək lazımdır - Vüqar Rəhimzadə

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmiz öz qürurlu tarixində daha bir siyasi kampaniyanı uğurla başa vurdu. 9 fevral parlament seçkiləri demokratik inkişaf istiqamətində atılan növbəti addım kimi yaddaşlara yazıldı. Bunu təkcə ölkə ictimaiyyəti deyil, seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də öz hesabatlarında, açıqlamalarında xüsusi olaraq vurğuladılar. Heç şübhəsiz ki, bu faktlar, demokratik, şəffaf və ədalətli formada təşkil olunan parlament seçkiləri həyata keçirilən siyasi islahatların növbəti mərhələsi kimi yüksək qiymətləndirilir.

Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

"İki sahil" qəzetinin baş redaktoru bildirib ki, ölkəmizin uğurlarına sevinənlərlə bərabər, inkişafımıza qısqanclıqla yanaşan xarici və daxili dairələr də öz çirkin əməlləri ilə hələ də “nəfəs aldıqlarını” nümayiş etdirməyə çalışırlar: "Daxili İşlər Nazirliyinin dünən yaydığı məlumatda da qeyd edildiyi kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxs icazəsiz aksiya keçirməyə cəhd edib. MSK nümayəndələri onlarla söhbət aparmağa çalışıblar, amma icazəsiz aksiyada iştirak edənlər buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdiriblər. Əraziyə gələn polis əməkdaşları qanunsuz aksiyanın dayandırılmasını tələb ediblər. Bütün xəbərdarlıqlara baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkməyiblər. Təbii olaraq polis qanunun tələb etdiyi kimi, öz vəzifə borcunu yerinə yetirərək bu qeyri-qanuni aksiyanın qarşısını alıb. Bu, bir qürurverici faktdır ki, Azərbaycan hüquqi dövlətdir. Ona görə də hər kəs ölkə qanunlarına əməl etməli, ona tabe olmalıdır. Təbii ki, belə özbaşınalıqların qarşısı daim dövlətçiliyin keşiyində dayanan Azərbaycan polisi tərəfindən qətiyyətlə alınacaq, qanunsuz əməllərə və hərəkətlərə hüquqi qiymət veriləcək".

Parlament seçkilərində məğlub olmuş bəzilərinin sifarişini yerinə yetirən bu qanun pozucuları dərk etməlidirlər ki, Azərbaycanın Milli Məclisi 125 nəfərdən formalaşır və qanunverici orqana ən yüksək səs toplamış qaliblər deputat seçilir. Bu il parlament seçkilərində rekord həddə namizəd qeydə alınmışdır. Namizəd olmuş 1500-ə yaxın insanın hamısını 125 yerə sığışdırmaq mümkün deyil. Bu, seçkidir. Bu, bir siyasi mədəniyyət tələb edən böyük siyasi aksiyadır. Bu reallığı hər kəs anlamalı, məğlub olmuşlar isə öz riyakar niyyətlərindən əl çəkməli, məğlubiyyətlərini etiraf etməli, qalib olmuşlara xoş arzularını ifadə etməlidirlər. Budur sivil seçki mədəniyyətinə xidmət, bunun əksinə olaraq qanunları pozub hansısa qüvvənin, yaxud kimlərinsə çirkin sifarişlərini yerinə yetirmək ən böyük cinayətdir. Cinayət isə cəzasız qalmamalıdır. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanunun aliliyinə və insanların seçiminə hörmətlə yanaşmalı, qanunun qarşısında bərabərhüquqlu məsuliyyət daşımalıdır. Şübhə etmirəm ki, bu hərəkətləri və əməlləri törədənlərə qarşı qanunun aliliyi ilə yanaşılacaq, qanunu pozan insanlar layiqli cəzalarını alacaqlar.

Vüqar Rəhimzadə vurğulayıb ki, 9 fevral parlament seçkilərində səsvermə zamanı sosial şəbəkələrdə yayılan bəzi videolarda polisin guya zorakılığa yol verməsi ilə bağlı fikirlər formalaşdırılmağa da cəhdlər olub: "Sözsüz ki, bütün bunlar qərəzli və ədalətsiz yanaşmalardır. Qeyd edək ki, polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edir, qanunauyğun tədbirlər həyata keçirir. Bəli, biz bir məntəqədə buna rast gəlmişik. Məntəqə sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmət aparan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirib. Polis həmin şəxsi nizam-intizama dəvət edib, ondan məntəqəni tərk etməsini istəyib. Amma həmin şəxs polisin qanuni tələbinə əməl etməyib və müqavimət göstərib. Polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıblar. Ciddi xəbərdarlıqdan sonra onun yenidən məntəqəyə daxil olmasına icazə verilib. Hesab edirəm ki, polis səsvermə günü öz xidmətini yüksək səviyyədə, qanunun tələbinə uyğun formada həyata keçirib, seçicilərin rahat formada səs verməsi üçün lazım olan bütün tədbirlər görülüb".

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, polisi qaralamaq, onun fəaliyyətinə kölgə salmaq siyasi riyakarlıqdır və bu kimi hallar qəbuledilməzdir: "Nəzərə almaq lazımdır ki, polis qanunun ona verdiyi imkanlar daxilində hərəkət edir. Polisin əsas vəzifəsi isə ölkədə asayişi, insanların təhlükəsizliyini qorumaqdır. Əgər kimsə qanunu pozursa qarşısında asayiş keşikçisini görəcək. Bu, dünyanın hər yerində belədir. Götürək elə Avropa ölkələrini. Zaman-zaman biz bu ölkələrdə insanların keçirdikləri aksiyaların və polislə qarşıdurmaların şahidi oluruq. Heç kim deyə bilməz ki, qanunu kobud şəkildə pozan, vəhşilik edən hansısa şəxsin hərəkətlərinə göz yumulur. Əgər kimsə polisin nəzakətli formada edilən tələbinə əməl etmirsə, ona qarşı güc tətbiq etmək artıq qaçılmazdır. Bütün bunlar da polisin qanuni vəzifələridir. Hər zaman təhlükəsizliyimizin keşiyində dayanan, şərəfli peşə sahibi olan polislərimizi qınamaqdansa, qanunlarımızın aliliyinə hörmət etmək və polisin qanuni tələblərinə sözsüz əməl etmək lazımdır".

"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Bütün xəbərlər