Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib

Prezident İlham Əliyev: Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib

Bakı. Trend:

Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.

Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.

O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.

O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.

Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.

Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.

Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir".

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Qarabağ separatçılarını "lideri" ifadəyə çağırıldı
Azərbaycanda məcburi əmək halları xeyli azalıb - Hesabat
Ötən il Azərbaycanda 94 nəfər insan alveri qurbanına çevrilib
Qubadlı rayonunun Məmər kəndi (FOTO/VİDEO)
5 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)
654 nəfər Azərbaycandan deportasiya olunub
Abonentlərin elektrik təchizatına qoşulma prosesi süni intellektlə tənzimlənir - "Azərişıq"
Tərtərdə sıradan çıxmış yanğın su hovuzları bərpa edilir (FOTO)
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq laboratoriyalararası səriştəlilik sınağında yüksək nəticə əldə edib
DOST Agentliyi Müşahidə Şurasının iclası keçirilib
“Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında (FOTO)
Bakıda 17 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb (FOTO/VİDEO)
Azercell Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür
AzTV ilə Özbəkistanın TV jurnalistləri arasında təcrübə mübadiləsi aparılacaq (FOTO)
Bakı Dialoqları Jurnalının növbəti sayı nəşr edilib
“Yaşıl Marafon” layihəsi üzrə ağacəkmə aksiyaları uğurla davam edir (FOTO)
Azərbaycanda tam orta təhsil səviyyəsi üzrə növbəti buraxılış imtahanı keçirilib
"Azərişıq" əhaliyə göstərdiyi 19 xidməti elektronlaşdırıb
"Azərişıq" yeni elektron xidmət istifadəyə verib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi sələfinin səhvlərindən dərs çıxarmır - Separatizm və terror alovlandırılır
Baş Prokurorluq KİV-də yayılan məlumatla bağlı təkzib verdi
1540-dan çox şəxsə ikinci doza vaksin vurulub - Poliklinika
Putinlə Lukaşenko Moskvada görüşəcək
İƏT-lə statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
“Azərtütün Aqrar Sənaye Kompleksi” özəlləşdirilir - Sərəncam
Azərbaycanda koronavirusa qarşı peyvənd istehsalı nəzərdən keçirilir
Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçildi (VİDEO)
Tərtərdə Ermənistanın raket və artileriya atəşi nəticəsində dağılmış yollar bərpa olunur (FOTO)
Azərbaycanda yeni seysmik stansiyaların quraşdırılmasına başlanır (FOTO)
Tarix Muzeyinə baş direktor seçilib
Ortaq Media Platforması milli maraqlarımızın qlobal media müstəvisində qorunmasına xidmət edəcək - Deputat
Raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri keçirilir (FOTO/VİDEO)
İranda ötən gün koronavirusdan 328 nəfər ölüb
Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı
Boru kəmərləri ilə Azərbaycan qazının tədarükü 15 faizdən çox artacaq
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirşağıda yenidənqurma və təmir-bərpa işlərinin təməlqoyma tədbirində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib (FOTO)
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Bütün xəbərlər