...

“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə dəyişiklik edilib - FƏRMAN

Siyasət Materials 16 Mart 2020 19:27 (UTC +04:00)
“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə”yə dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə"nin 5-ci hissəsinin birinci bəndinə "haqqında" sözündən sonra "bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada" sözləri əlavə edilir və həmin hissənin ikinci bəndi ləğv edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti