...

Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Siyasət Materials 18 Mart 2020 16:51 (UTC +04:00)
Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.
Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

Bakı. Trend:

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanında həyata keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilir ki, bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin [email protected] ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti