...

Silah və hərbi texnikanın yay istismar rejiminə keçirilməsi prosesi aparılır (FOTO/VİDEO)

Siyasət Materials 21 Aprel 2020 11:42 (UTC +04:00)
Silah və hərbi texnikanın yay istismar rejiminə keçirilməsi prosesi aparılır (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində 2020-ci ilin döyüş hazırlığı planına əsasən silah, döyüş və xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materialları hərbi hissələrdəki texniki xidmət məntəqələrində dəyişdirilir və onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Silah, döyüş və xüsusi texnikanın yay mövsümündə istismar rejiminə keçirilmənin məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin artırılması, eləcə də döyüşə hazırlığın yüksək səviyyədə saxlanılmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti