...

Prezident Administrasiyası: Ermənistan qondarma “soyqırım” barədə uydurmalarla Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil

Siyasət Materials 24 Aprel 2020 10:55 (UTC +04:00)
Türkiyənin tarixində ermənilərə qarşı hər hansı bir “soyqırım” olması barədə Ermənistanın heç bir sübutu yoxdur
Prezident Administrasiyası: Ermənistan qondarma “soyqırım” barədə uydurmalarla Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistan qondarma “soyqırım” barədə uydurmalarla Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.

Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeyd olunub ki, Türkiyənin tarixində ermənilərə qarşı hər hansı bir “soyqırım” olması barədə Ermənistanın heç bir sübutu yoxdur:

“Türkiyə dəfələrlə Ermənistanı 1915-ci il hadisələri ilə bağlı tarixi arxivləri açmağa çağırıb. Amma Yerevan Ankaranın bu çağırışına reaksiya vermir və bu, bir daha təsdiq edir ki, ermənilərə qarşı heç bir “soyqırım” olmayıb”.

Prezident Administrasiyasından bildiriblər ki, 1915-ci il hadisələri zamanı Osmanlı imperiyası ərazisində müsəlman türklər, ərəblər, kürdlər və digər millətlər zərər çəkib.

Xatırladaq ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törədib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti