Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır

Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 26 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyasının şanlı səhifəsi yazıldı. 26 il ərzində müxtəlif çətinliklərə və maneələrə sinə keçərək uğurla həyata keçirilən “Əsrin müqaviləsi” ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin edib və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan verdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, "Əsrin müqaviləsi" Xəzər dənizinin beynəlxalq əməkdaşlığı prosesinin təməlini qoydu, ölkəmizin zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan yaratdı. Ölkənin iqtisadi qüdrətinin artmasında, beynəlxalq münasibətlər sistemində yeri və rolunun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” respublikamız üçün böyük faydalar gətirdi. Azərbaycan dövlətinin, xalqımızın gələcək taleyini həll etdi. Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq müxtəlif çətinliklərdən və maneələrdən keçərək reallaşan “Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın ümumi iqtisadi və siyasi inkişafı başladı. Bu illər ərzində Xəzər dənizini Qara və Aralıq dənizləri ilə neft kəmərləri birləşdirdi. 1994-cü ildən başlayan tarixi nailiyyət bu günə qədər bütövlükdə neft-qaz sahəsində uğurların davamı oldu.

Azərbaycanın yeni neft strategiyasının yaradıcısı Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələ olduğunu qeyd edir: “Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək”.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və digər səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.

Ulu öndər Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

"Əsrin müqaviləsi" təkcə Azərbaycan üçün deyil, Qərb dövlətləri, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üçün strateji əhəmiyyət daşıyırdı. Ümumdünya neft sənayesi tarixində yeni bir mərhələ başlandı. Ulu öndər Heydər Əliyev strategiyanı belə səciyyələndirirdi: "Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün biz xarici ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə sıx əməkdaşlıq etməyi, müştərək iş görməyi əsas prioritet hesab edirik. Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətdir və bu, yüksəlmək, müasirləşmək üçün yeganə yoldur."

1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Bu gün xalqımız bu sazişin bəhrəsini görməkdədir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət sayəsində neftdən gələn gəlirlər xalqın sosial rifah halında yaşamasının təmin edilməsinə yönəldib. Məhz bu layihədən əldən olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasını şərtləndirdi. Bu da nəticə etibarilə, ölkəmizdə regionların social-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.
“Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanılıb. Bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəməri Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalıqn rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olunub. Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olmağı bacardı. Bir sözlə “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdə davam edir.

RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Loading Bars
Xəbər lenti
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
Kolumbiyada asma körpü uçub, 5 nəfər həlak olub
Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
ÜST: Dünyada son sutkada koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb
ANAMA cəbhəboyu ərazilərdə minaatan mərmisi, mərmi qalıqları aşkar edib (FOTO)
"Twitter"in işində nasazlıqlar yaranıb
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində ilk matçını keçirdi
Minsk Qrupunun rusiyalı həmsədri Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb
Polşada azərbaycanlı gənclərin icazəli aksiyası zamanı ermənilər təxribat törədib (FOTO)
RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 310 mini ötüb
Ermənistan növbəti itkilərini açıqlayıb
Rusiya Prezidenti: Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür
Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik Orduya gedib çıxsın - Səhiyyə Nazirliyi
UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb
Təhsil naziri YUNESKO-nun növbədənkənar sessiyasında Ermənistanın ölkəmizə təcavüzündən danışıb (FOTO)
Yəhudi əsilli Azərbaycan Əsgəri: Azərbaycan bizim evimizdir, vətənimizdir (VİDEO)
Arzu Nağıyev: Bugün KİV-lərin obyektivliyi və dəqiqliyi sayəsində Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün olur
Budapeşt şəhərində Gəncə terroruna etiraz aksiyası keçirilib (FOTO)
Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi vəziyyət əbədi davam edə bilməz - Putin
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır (MÜSAHİBƏ)
Ərdoğan və Ruhani Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır - Livanlı vəkil
Düşmənin çox sayda hərbi texnikası və canlı qüvvəsi darmadağın edilib (VİDEO)
Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb (FOTO)
Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir - Anar Eyvazov
Azərbaycan Bayrağı Zəngilanın Ağbənd qəsəbəsində (VİDEO)
Fransada vağzal təxliyə olunur
Prezident İlham Əliyev: Azərbaycan və İran İslam Respublikası dövlət sərhədi tam nəzarətə götürülüb
Prezident İlham Əliyev: Zəngilanın Ağbənd qəsəbəsi və 13 kəndi işğaldan azad edildi
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 4 kəndini işğaldan azad edib
Prokurorluq Zəngilanda Azərbaycan Bayrağı qaldırılan yer barədə məlumat yaydı (VİDEO)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycan Ordusunda mənəvi psixoloji vəziyyət çox yüksək səviyyədədir (VİDEO)
Qəbələ və İsmayıllıda zəlzələ olub
AQTA könüllüləri ərzaq mağazalarında maarifləndirmə tədbirləri aparıb (FOTO)
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub
Rusiya Dağlıq Qarabağda tənzimləmə üzrə fəal səyləri davam etdirir - Mariya Zaxarova
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin kampaniyasına dünyanın nüfuzlu elm adamları və ziyalıları da qoşulub (FOTO)
Azərbaycan böyük qələbələrə doğru addımlayır - Pərvin Kərimzadə
Artım belə davam edərsə, yaxın günlərdə sutkalıq yoluxma sayı 1000-i ötə bilər - Mütəxəssisdən xəbərdarlıq
Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçirib (FOTO)
Oktyabrın 23-də manatın dollara qarşı məzənnəsi
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı (FOTO)
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? FOTOREPORTAJ
Gəncədə mülki əhaliyə qarşı törədilən cinayətləri heç faşizmlə də müqayisə etmək olmaz - Yəhudi Dini İcmasının sədri
Azərbaycan Əsgərinin sizə müraciəti var (VİDEO)
Moskvada terror aktının qarşısı alınıb
Azərbaycanın İranla həmsərhəd bölgəsinin işğaldan azad edilməsi iki ölkənin əlaqələrini inkişaf etdirəcək - Nazir
29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb
Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər (FOTO)
İndi baş verənlər Minsk qrupunun fəaliyyətindəki səriştəsizliyin nəticəsidir - Oljas Suleymenov
Azərbaycanın haqq savaşına qarşı çıxan "Meydan TV" erməni lobbisinin tezisləri əsasında işləyir - Ekspert
"Karabakh is Azerbaijan" yazılı avtomobil Londonda Ermənistan səfirliyinin qarşısında (FOTO/VİDEO)
Sülhməramlıların yerləşdirilməsi Azərbaycan torpaqlarının tam azad olunmasından sonra mümkün ola bilər - Deputat
Artilleriyaçılarımız düşmənə dəqiq zərbələr endirməyə davam edir - MN (VİDEO)
Türkiyənin Baş Ombudsmanı Gəncədə erməni vəhşiliyi ilə tanış olub
Respirator xəstəliklərin yayılmasında artım olacaq - Səhiyyə Nazirliyi
Kreml Qarabağda Rusiya desantı olması ehtimalını təkzib edib
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Azərbaycan Ordusu BMT TŞ tərəfindən qəbul olunmuş qətnamələrin icrasını təmin edir - Vüqar Rəhimzadə
İƏT Parlament İttifaqından Azərbaycana dəstək: Ermənistanın Gəncəyə terror hücumu pisləndi
Dağlıq Qarabağ münaqişəsi Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi büro iclasında müzakirə edilib (FOTO)
ÜST Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat verib
XİN: Ermənistan XİN-in Paşinyanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır
Prezident İlham Əliyev: Əgər Minsk qrupu 30 il ərzində nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir
BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır
Azərbaycan Prezidenti: Beynəlxalq müşahidəçilərlə bağlı həlledici sözü biz deməliyik
Bu gün Ali Baş Komandan Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır - Tamam Cəfərova
Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər - Yaqut Qarayeva
Prezident İlham Əliyev: Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur
Prezident İlham Əliyev: Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, biz bütün kommunikasiyaları açacağıq
İqtisadiyyat İnstitutunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılır
Zəngilan arxeoloji cəhətdən zəif tədqiq olunan rayonlarımızdandır - Arxeologiya və Etnoqrafiya İnstitutu
Prezident İlham Əliyev: Xalq Cəbhəsi və Müsavat partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
“Əsgərə məktub” layihəsi Türkiyə və Rusiya mediasının diqqət mərkəzində (FOTO)
Prezident İlham Əliyev: Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq
İranda koronavirusa yoluxanların sayı 550 min nəfərə çatıb
Azərbaycanda son sutkada 825 nəfər COVID-19-a yoluxub, 171 nəfər sağalıb, 6 nəfər vəfat edib
2020-ci ilin 4-cü rübündə Ermənistanın ÜDM-i 1 milyard dollar azala bilər
Azərbaycan Prezidenti: TAP kəməri ilə bağlı hər şey qrafikə uyğun gedir
Bakı Slavyan Universitetinin əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir (FOTO)
Prezident İlham Əliyev: Azərbaycan özü döyüşür, bizim heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur
Yelo Bank program təminatının lisenziyalarının uzadılması üzrə tender keçirir
Prezident İlham Əliyev: Dağlıq Qarabağda heç bir referendum olmayacaq
Azərbaycan Prezidenti: Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır
Koronavirusa yoluxan gənclərdə də ağırlaşmalar ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ
Prezident İlham Əliyev: Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin sonuncu hissəsidir
Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
Prezident İlham Əliyev: İşğal olunmuş bütün ərazilər qaytarılmalıdır
Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinə qayıtmağa hazırdır - ABŞ-ın NATO-dakı səfiri
Azərbaycan Prezidenti: Bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar
Prezident İlham Əliyev: Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik
YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb
Trend BİA-nın baş redaktoru “CNN Türk” telekanalına Dağlıq Qarabağda davam edən gərginlik barədə açıqlama verib (FOTO/VİDEO)
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Biz ermənilərdən Rusiyanın nə etmək lazım olduğunu eşitməkdən yorulmuşuq - Konstantin Zatulin
Bütün xəbərlər