...

Ekspert: Hərbi vəziyyət rejiminin sərtləşdirilməsi ondan xəbər verir ki, Ermənistanda döyüşmək istəməyənlərin sayı artır

Siyasət Materials 9 Oktyabr 2020 14:08 (UTC +04:00)
Ekspert: Hərbi vəziyyət rejiminin sərtləşdirilməsi ondan xəbər verir ki, Ermənistanda döyüşmək istəməyənlərin sayı artır

Bakı. İlhamə İsabalayeva - Trend:

Ermənistanda hərbi vəziyyət rejimi qaydalarının sərtləşdirilməsi ondan xəbər verir ki, burada döyüşmək istəməyən insanların sayı artır, onların döyüş bölgələrini və Ermənistanı tərk etmək niyyətləri var.

Bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ermənistan hərbi vəziyyət rejiminin qaydalarının sərtləşdirilməsi haqqında qərar verib:

“Azərbaycanın uğurlu hərbi əməliyyatları ermənilər arasında ruh düşkünlüyü yaradıb. Ermənistanda döyüşmək istəyənlər yoxdur. Onlarda 1980-1990-cı illərdəki əhval-ruhiyyə yoxdur. Məlumdur ki, ermənilərin günləri harada yaxşı keçirsə, onlar oranı da özləri üçün Vətən hesab edirlər. Onlar indi nəinki Dağlıq Qarabağda döyüşmək, Ermənistanda yaşamaq istəyirlər, hətta Ermənistan ərazilərini tərk edərək buradan çıxıb getmək istəyirlər, çünki bu ölkənin perspektivini görmürlər. Buna görə də Ermənistan indi döyüşmək üçün adam tapa bilmir, döyüşmək üçün gətirdikləri muzdlular da yəqin ki, artıq tükənir. Ona görə də Ermənistan məcburdur ki, sərt tədbirlər görsün”.

Ş.Bağırov qeyd edib ki, Ermənistanın yalanları ifşa olunduğu üçün insanlarda hakimiyyətə qarşı inamsızlıq yaranıb. Hərbi vəziyyət rejiminin sərtləşdirilməsi həm də Ermənistanda vətəndaşların hazırkı hakimiyyətə qarşı yaranan inamsızlığının nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti