Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib (YENİLƏNİB)(VİDEO)

Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib (YENİLƏNİB)(VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib. Trend müsahibəni təqdim edir.

-Cənab Prezident, Azərbaycan üçün və bütün dünya üçün bu qədər çətin bir vaxtda Sizə suallar verməyə yaratdığınız imkana görə Sizə ürəkdən təşəkkür edirəm. Beləliklə, icazənizlə, birinci sualı verim. Siz sentyabrın 27-dən başlanmış hərbi əməliyyatların nəticələrini necə qiymətləndirirsiniz? Sizin hesablamalara görə tərəflərin itkiləri nə qədərdir və əsirlər çoxdurmu?

-Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.

Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk.

-Cənab Prezident, Suriyadan və ya Livandan olan muzdluların Azərbaycan Ordusu tərəfində iştirak etməsi barədə müxtəlif mənbələrdən xəbərlər eşidirik. Buna nə dərəcədə inanmaq olar?

-Bu mövzuda dəfələrlə danışmışam. Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur.

-Cənab Prezident, 10 oktyabr tarixli Moskva razılaşmalarında nizamlamanın baza prinsiplərinin adları çəkilir. Zəhmət olmasa, bu prinsipləri açıqlayın, Siz onları necə başa düşürsünüz?

-Bu prinsiplər uzun illər ərzində, deyərdim ki, 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma “hakimiyyət orqanları”nı danışıqlara cəlb etməyə cəhd göstərildi. Bu cəhd həm bizim tərəfimizdən, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.

Baza prinsiplərinə gəldikdə, orada hər şey dəqiq yazılıb. Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur. Qısa desək, Azərbaycanın həmişə hörmətlə yanaşdığı baza prinsipləri bunlardır və onları biz hazırlamışıq. Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub.

-Cənab Prezident, kompromislər barədə danışmalı olsaq, hər halda, Siz hansı kompromislərə hazır olardınız? Elə bir hədd varmı ki, Siz heç bir halda həmin həddən artıq geri çəkilməzsiniz?

-Bizim mövqeyimiz həmişə çox konstruktiv, ardıcıl olub. Bu mövqe həm də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qüvvələrinin bizim ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin yerinə yetirilməsi baxımından beynəlxalq hüququn normalarına əsaslanıb. Bizim mövqeyimiz həmişə praqmatik yanaşmaya əsaslanıb. Düşünürəm ki, danışıqlar masası üzərində olan variantlar bunu aşkar göstərir. “Qırmızı xətlərə” gəldikdə isə biz bunu çox dəqiq bəyan etmişik və Minsk qrupunun həmsədrləri bunu yaxşı bilirlər. Azərbaycanın ərazi bütövlüyü heç bir şərtlə pozula bilməz. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç bir şərtlə razılıq verməyəcək. Lakin, eyni zamanda, bizim təklifimiz buna əsaslanırdı ki, gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır. Buna bizdə nə üçün nail olmaq mümkün deyil? Biz bu əzmdəyik. Lakin əlbəttə, etnik təmizləmələrin nəticələri aradan qaldırılmalıdır və bizim bütün məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Prinsip etibarilə mən sizə mümkün kompromislərə bizim yanaşmamızı baza prinsiplərindən bir qədər geniş açıqladım.

-Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz?

-Bilirsiniz, hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Heç kəs üçün gizli deyil və bu faktı artıq beynəlxalq vasitəçilər də bilir ki, qondarma “Dağlıq Qarabağ ordusu” yoxdur. Bu gün erməni tərəfin belə adlandırdığı birləşmədəki hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır. Onlar hərbi xidmətə Ermənistanın hərbi komissarlıqları tərəfindən çağırılır və Azərbaycanın işğal edilmiş ərazilərinə - Ağdama, Füzuliyə, Cəbrayıla, Kəlbəcərə, Qubadlıya, Laçına, Zəngilana göndərilir. Sual olunur: onlar orada nə edirlər? Bu gün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindədir. Buna heç nə ilə haqq qazandırmaq olmaz- istər beynəlxalq hüquq baxımından, istərsə də bəşəri əxlaq baxımından. Başa düşürsünüzmü, 30 il ərzində azərbaycanlıların öz əzəli torpaqlarına buraxılmaması siyasətini yürütmək mümkün deyil. Axı, erməni əhalisi bu ərazilərdə heç vaxt yaşamayıb. Başqa bir məsələ də var ki, orada hər şey dağıdılıb, oraya qayıtmaq üçün çox böyük qüvvə və vaxt sərf etmək lazımdır. Ermənilərin bu siyasətinə heç cür haqq qazandırmaq olmaz. Ona görə ki, bizim hərbi qulluqçular Azərbaycan torpağında döyüşür və həlak olur. Erməni hərbi qulluqçular isə onların hökumətinin işğal altında saxlamaq istədiyi torpaqda həlak olurlar.

Tarixdə rol məsələsinə gəldikdə isə, bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.

-Cənab Prezident, sağ olun. Mən nəzərdə tutduğum sualların hamısını verdim. Bəlkə Siz daha nə isə əlavə etmək istərdiniz?

-Mən bu fürsətdən istifadə etmək istərdim. Yeri gəlmişkən, öz sözlərimi çoxmilyonluq Rusiya auditoriyasına çatdırmaq üçün bu imkana görə təşəkkürümü bildirirəm. Sadəcə istərdim ki, Azərbaycanın mövqeyini anlayanlar çox olsun. Ona görə ki, bəzən bu münaqişə, onun tarixi, bugünkü vəziyyəti ilə bağlı müxtəlif fikirlər olur. Sadəcə faktlara istinad etməklə, əslində, nələr baş vermiş olduğunu və indi nələr baş verdiyini tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. XIX əsrin əvvəlində Qarabağ və Şuşa xanı İbrahimxəlil, - onun statusu məhz belə olub, - Qarabağ xanlığının Rusiyanın tərkibinə daxil olması barədə general Sisiyanovun şəxsində çar Rusiyası ilə müqavilə bağlayıb. Kürəkçay müqaviləsi adlanan bu sənədin mətni internetdə yerləşdirilib. Onunla hər kəs tanış ola bilər. Bu müqavilədə Qarabağ xanlığının erməni əhalisi barədə bircə kəlmə də deyilməyib. Erməni əhalisinin bu regiona kütləvi şəkildə köçürülməsi 1813-cü və 1828-ci illərdə iki Rusiya-İran müharibəsindən sonra başlanıb və o vaxtdan müasir İran ərazisindən və qismən Şərqi Anadoludan ermənilərin Qarabağ regionuna kütləvi şəkildə köçürülməsi başlanıb. Bu, həmin torpağın tarixən kimə məxsus olması barədə.

Rusiya imperiyası dağılandan sonra, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil erməni dövləti yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti bütün bu ərazilər çərçivəsində yaradılmışdı. Üstəlik, Azərbaycan Xalq Cümhuriyyəti onun yaradılmasının elan edilməsinin ertəsi günü İrəvan şəhərinin paytaxt kimi Ermənistana verilməsi barədə qərar qəbul etdi. Bu da tarixi faktdır. 1921-ci ildə Qafqaz Bürosu Dağlıq Qarabağın, bəzi yalançı tarixçilərin dedikləri kimi Azərbaycana verilməsi haqqında deyil, onun Azərbaycanın tərkibində saxlanılması haqqında qərar qəbul etdi. Bu regionun tarixi belədir. SSRİ-nin dağılması mərhələsində nələr baş verdiyi isə, düşünürəm ki, hamıya məlumdur. Əslində, SSRİ-nin dağılması da Dağlıq Qarabağda separatizmdən başlandı. Bu, bir növ tətik oldu. Axı, çoxları həmin mitinqləri, onları kimin təşkil etməsini, bu hadisələrin arxasında kimlərin dayandığını unudur. Mən tez-tez deyirəm ki, Paşinyan Sorosun məhsuludur. Düşünürəm ki, hamı mənimlə razılaşar. Lakin Soros artıq şəxsiyyət deyil. Bu, anlayışdır və mən bunu əsla istisna etmirəm ki, o vaxt böyük ölkəni dağıtmaq üçün bu cür vasitələr işə salınmışdı. Onu daxildən partlatmaq, nifaq toxumu səpmək, xalqları bir-birinə qarşı qızışdırmaq və dövlətləri parçalamaq - yeri gəlmişkən, belə də oldu. Buna görə də, sadəcə, bu tarixi faktları Rusiya ictimaiyyətinin diqqətinə çatdırmaq və demək istərdim ki, Azərbaycan və Rusiya çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma telləri ilə bağlıdır. Əminəm ki, heç bir qüvvə buna təsir göstərə bilməz. Doğrudur, müxtəlif istiqamətlərdən nifaq salmaq, müəyyən etimadsızlıq yaratmaq cəhdlərini görürük. Lakin həm Rusiya, həm də Azərbaycan rəhbərliyinin ardıcıl siyasəti sayəsində biz nəinki geriləmirik, biz irəliyə gedirik. Bu gün Rusiya və Azərbaycan bir-birini strateji tərəfdaşlar adlandırır. Bizim ölkələrimiz arasında qarşılıqlı əlaqələrin səviyyəsi hər hansı qonşular üçün nümunə ola bilər. Əminəm ki, münaqişənin hərbi fazası başa çatandan və siyasi nizamlamaya keçəndən sonra, - əgər Ermənistan tərəfi itirdiklərini və ona mənsub olmayanı güclə qaytarmaq cəhdlərindən əl çəkərsə, biz bunu etməyə günü sabah hazırıq, - inanıram ki, Rusiya bizim regionda sabitləşmə işində aparıcı rol oynamaqda davam edəcək. Buna görə sizin kanalınız vasitəsilə bütün rusiyalıları səmimi salamlamaq, onlara ən xoş arzularımı çatdırmaq istərdim. Keçən il bir milyon rusiyalı Azərbaycana səfər edib. Ümidvaram ki, pandemiyadan sonra bu dinamika bərpa olunacaq. Rusiyalı qonaqlarımıza həmişə şadıq. Onlar da bilirlər ki, Azərbaycana gələndə özlərini evlərində olduğu kimi hiss edirlər.

-Cənab Prezident, bu səmimi müsahibəyə görə çox sağ olun.

- Sağ olun.

“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Moskvada koronavirusdan daha 62 nəfər ölüb
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Pakistanda baş verən partlayış nəticəsində 7 nəfər ölüb
ATƏT-in Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən Cenevrədə görüşəcəklər
Ermənistan Suriyadan və İraqdan Dağlıq Qarabağa gətirilən PKK terrorçularına Azərbaycan hərbi formasını geyindirir
Şəkidə ev yanıb
Prezident İlham Əliyev: Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub
Ombudsman Ermənistan ordusunun hərbi əməliyyatlara uşaqları cəlb etməsinə münasibət bildirib
Prezident İlham Əliyev: Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik
Düşmənin döyüş texnikası və sursatları məhv edilib (VİDEO)
Prezident İlham Əliyev: Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik!
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır
Göygöldə zəlzələ qeydə alınıb
Azərbaycan Prezidenti: Bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, vaxt itirməyək
Prezident İlham Əliyev: Azərbaycanın qarşısında heç kim dura bilməz
Azərbaycan Prezidenti: Biz təkbaşına vuruşuruq, təkbaşına!
Prezident İlham Əliyev: Ermənistana havadarlıq edən ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir
Azərbaycan Prezidenti: Vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir
Prezident İlham Əliyev: Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır
Azərbaycan Prezidenti: Biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil
Prezident İlham Əliyev: Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir
Azərbaycan Prezidenti: Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir
Hikmət Hacıyev şəhidimiz Dmitri Solnsev barədə yazdı
Prezident İlham Əliyev: Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib
Vladimir Yevseyevin “İsgəndər” raketlərindən istifadə ilə bağlı fikirləri hərbi cinayətə təhrikdir - Deputat
Prezident “Fox News”a müsahibəsində Amerika auditoriyasına ölkəmiz və onun siyasəti barədə maarifçilik dərsi keçdi - Ekspert
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib (FOTO) (YENİLƏNİB)
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə etiraz etdi
İsrail erməni terrorundan zərər çəkən Gəncəyə humanitar yardım edib
ADA Universitetindən yeni təşəbbüs: “ADA Tarix Yazır”
Düşmən itki verərək geri çəkilməyə məcbur edilib - MN (VİDEO)
Düşmən havadan və qurudan darmadağın edilir - Anar Eyvazov
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri (VİDEO)
"Yolumuz Şuşayadır!" (VİDEO)
Dağlıq Qarabağda erməni terrorçusu məhv edilib
Prezident İlham Əliyev BMT TŞ-da keçirilən müzakirələrdə Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb
Aydın Səfixanlı: Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir
Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini məhv edib
Düşmənin atəş nöqtələri məhv edilib - MN (VİDEO)
Fransada jurnalistə qarşı erməni lobbisinin təhdidləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır - Deputat
Türkiyə Azərbaycana dəstəyinə görə tətbiq edilə biləcək ABŞ sanksiyalarından qorxmur - Ərdoğan
Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib (FOTO)
Azərbaycanda 946 nəfər COVID-19-a yoluxub, 228 nəfər sağalıb, 7 nəfər vəfat edib
Ermənistanın Gəncəyə raket hücumu barədə video hazırlanıb (VİDEO)
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin növbəti siyahısını açıqlayıb
Hər iki cəbhədə qalib gələcəyik!
Gürcüstanda daha 1928 nəfər koronavirusa yoluxub
Hikmət Hacıyev Misirin "Al Ahram" qəzetinə müsahibə verib
Bakıda 554 küçə dezinfeksiya edildi (FOTO)
Ermənilər yerləşdikləri ərazilərdə daim etnik təmizləmə aparıb - Ekspert
Azərbaycan Ordusu tarix yazmaqda davam edir (VİDEO)
İranda ötən sutkada 296 nəfər koronavirusdan ölüb
Ermənistan öz ölkəsində də uşaqların yaşamaq haqqını əlindən alır (FOTO/VİDEO)
Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə alıb
Qubadlı rayonunun işğaldan azad olunan kəndləri (VİDEO)
Azərbaycan QHT-ləri Ermənistanda uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Ermənistanın Zangilan, Qubadlı və Laçına hücumları təcavüz aktıdır - Hikmət Hacıyev
Gəncədə kilsədə 13 yaşlı Arturun anım mərasimi keçirilir (FOTO)
ABŞ da Ermənistanın terrorçu dövlət olduğunu bilir
Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur - MN
Vankuverdə yaşayan azərbaycanlılar Gəncədəki terror aktlarına etiraz etdi (FOTO)
Qarabağda öldürülən və hazırda vuruşan xarici muzdlular - ADLAR
Ermənistanda koronavirusa daha 2 314 nəfər yoluxub, 23 nəfər ölüb
İranlı general: Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə sevinirik
Ermənistanda qiymətlər artıb - Hərbi geyimlər 50% bahalaşıb
Azərbaycan Ordusu düşmənə qarşı yüksək dəqiqlikli silah növünü tətbiq edir - MN (VİDEO)
Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşür (VİDEO)
Sabah 26 dərəcəyədək isti olacaq
Paşinyanın selfi çəkdirdiyi hərbi texnikalar bir-bir məhv edilir (FOTO)
13 yaşlı Rusiya vətəndaşının öldürülməsi erməni faşizminin növbəti təzahürüdür - Deputat
Prezident İlham Əliyev: Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim
Baş Prokurorluq Ordu ilə bağlı qeyri-rəsmi video, foto və informasiya yayanlara xəbərdarlıq edib (VİDEO)
Prezident İlham Əliyev: Biz Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir
Prezident İlham Əliyev: Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri Dağlıq Qarabağdakı ermənilər maraqlandırmır
Prezident İlham Əliyev: Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur
Prezident İlham Əliyev: Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur, biz, sadəcə, cavab verdik
Prezident İlham Əliyev: Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq
Prezident İlham Əliyev: Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlıların döyüşməsi daha bir feyk xəbərdir
Kaliforniyada Gəncə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Şuşada kilsədə baş verənlər ya səhv olub, ya da bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib
Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır - Hikmət Hacıyev
Prezident İlham Əliyev 90-cı illərdəki döyüşlər haqqında: Biz müharibədə məğlub olmamışdıq, biz döyüşü uduzmuşduq
Prezident İlham Əliyev: Vasitəçilər Dağlıq Qarabağa müstəqillik, yaxud muxtariyyət verilməsi ilə bağlı bizə heç bir plan təqdim etməyib
Azərbaycan Prezidenti: İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu
Prezident İlham Əliyev: Hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik
Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib (FOTO)
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
Paytaxtda koronavirusa ən çox yoluxma bu rayondadır
Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub
İƏT fransalı islamofob siyasətçilərlə bağlı bəyanat yayıb
Döyüşlərdə uşaqlardan istifadə edən Ermənistan məsuliyyətə cəlb edilməlidir - Beynəlxalq qaydalar pozulub
Ermənistanda hərbidən yayınmaq üçün saxta Covid-19 arayışı satan həkim həbs olunub
MN xəbərdarlıq edir: Düşmənə hərbi sirr vermə! (FOTO)
Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ədaləti yenidən bərqərar edir - Yalçın Topçu
Düşmən itkilər vərərək geri çəkilib
Düşmənin məhv edilən hərbi təxnikası - SİYAHI
Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında düşmənə ciddi zərbə vurub - MN
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Samsung-un sədri vəfat edib
Nüvə Silahlarına Qadağa Müqaviləsi 22 yanvar 2021-ci ildə qüvvəyə minəcəkdir
Bütün xəbərlər