...

Hindistanın hakim partiyasının rəhbər üzvü Azərbaycana dəstək məktubu göndərib

Siyasət Materials 23 Oktyabr 2020 15:18 (UTC +04:00)
Hindistanın hakim partiyasının rəhbər üzvü Azərbaycana dəstək məktubu göndərib

Bakı. Elçin Mehdiyev - Trend:

Hindistanın hakim Bharatiya Canata Partiyasının rəhbər üzvü, İCAP Daimi Komitəsinin üzvü doktor Vicay Colli Baş nazirin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədova, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə ilə həmrəy olduğu barədə məktub göndərib.

Trend-in məlumatına görə, məktubda qeyd olunur: "Sizin İCAPP Daimi Komitəsinin üzvü kimi mənə yolladığınız və Ermənistanın siyasi və hərbi rəhbərliyinin dinc vətəndaşlarınıza qarşı insanlıq əleyhinə cinayətləri barədə məlumatlandıran məktubunuzu almışıq.

Doktor Vicay Colli məktubda bildirir: “Məktəblilər də daxil olmaqla 60 mülki şəxsin ölümünə, 250-dən artıq insanın yaralanmasına, 2000-dən artıq evin dağıdılmasına səbəb olan cinayətkar hücumlar qəzəb doğurur və qeyri-insanidir.

Bu cür qəddar əməllər insanlığa qarşı cinayətdir. Razılaşırıq ki, bu əməllər beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və Əlavə Protokollarını, həmçinin, 10 oktyabr 2020-ci ildə qüvvəyə minən humanitar atəşkəsin prinsiplərini pozur.

Biz Ermənistan hərbçiləri tərəfindən mülki əhaliyə qarşı bu cür terrorçu hücumları pisləyirik. Yeni Azərbaycan Partiyası ilə həmrəyliyimizi ifadə edirik”.

Qeyd edək ki, doktor Vicay Colli Hindistanın hakim Bharatiya Canata Partiyasının Tripura ştatı departamentinin rəhbəri, sonra isəBJP-nin xarici əlaqələr üzrə məsul şəxsi olmuşdur. O hal-hazırda partiyada rəhbər şəxs, eyni zamanda BJP-nin təmsilçisi kimi İCAPP Daimi Komitəsinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti