...

Beynəlxalq təşkilatların 30 ilə görə bilmədiyi işi Ali Baş Komandan 44 günə həll etdi - Deputat

Siyasət Materials 10 Noyabr 2020 18:07 (UTC +04:00)
Beynəlxalq təşkilatların 30 ilə görə bilmədiyi işi Ali Baş Komandan 44 günə həll etdi - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Cənab Prezident İlham Əliyev Azərbaycan tarixində elə bir cığır açdı ki, nəinki ölkə vətəndaşlarının, dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın böyük sevincinə səbəb oldu. Cənab Prezident bizə qürurumuzu qaytardı, Azərbaycanı dünyada elə bir zirvəyə qaldırdı ki, artıq heç kim bizimlə hədə, güc, təzyiq dilində danışa bilməz.

Bunu Trend-ə Milli Məclisin deputatı Madər Musayev deyib.

Deputat bildirib ki, 30 ildir ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar gözümüzə kül üfürürdülər, üzdəniraq ermənilərin öhdəsindən gələ bilmirdilər:

“Onların 30 ilə görə bilmədiyi işi cənab Ali Baş Komandan 44 günə həll etdi. Özüdə elə həll etdi ki, əliyalın insanlara olmazın işgəncə verən, uşaq qatiləri, müki insanları hədəf alan üzdəniraqlar bundan sonra dönüb bizim ərazilərimizə baxa bilməyəcək. Nöqtənin qarşısında nidanı görən Paşinyan elə zənn edirdi ki, yenə öz bildiyini edəcək. Ancaq dəmir yumuruq onun başını elə əzdi ki, o artıq öz taleyinin dərdinə qalıb”.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyevin həm döyüş meydanında, həm də siyasi arenada göstərdiyi qətiyyət qələbəni şərtləndirirdi: "Valday, o cümlədən bir sıra beynəlxalq tribunalarda üzdəniraq Paşinyanı dalana dirəyən, ona daim yerini göstərən Ali Baş Komandan döyüş meydanında da öz sözünü dedi. 44 günlük müharibə onu deməyə əsas verir ki, cənab Prezident Ordu quruculuğu sahəsində misilsiz işlər görüb. Həm nizami ordu yaradılıb, həm onun maddi texniki bazası genişləndirilib. Eyni zamanda, müasir silahlarla təhciz olunan Ordumuz indiki çətin məqamda 2020-ci ilin zəfər ordusu kimi tarixə düşdü.

Dünəndən başlayaraq işğalçı ölkədə hökumət böhranı baş qaldırıb. Paşinyan qaçıb, gizlənməyə yer axtarır. Xalqın qarşısına çıxmağa üzü belə yoxdur. O həyatı boyu belə dərs almamışdı”.

Millət vəkili deyib ki, ötən gün imzalanan bəyanat Azərbaycan üçün xüsusi önəm kəsb edir. Belə ki, Naxçıvanla quru sərhədin formalaşdırılması, işğalçıların Dağlıq Qarabağdan çıxarılması və sülhməramlıların regiona yerləşdirilməsi tarixi hadisədir. Bu tarixi isə qızıl həriflərlə yazan sərkərdə İlham Əliyevdir!”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti